Əsas Səhifə > Hadisə > MƏHBƏSDƏN QAÇAN CANİ TUTULDU

MƏHBƏSDƏN QAÇAN CANİ TUTULDU


10-12-2011, 11:51
MƏHBƏSDƏN QAÇAN CANİ TUTULDU

FAİQ FƏRƏCOV AXŞAM SAATLARINDA ƏLƏ KEÇİB

Bakının Qaradağ rayonunda yerləşən açıq tipli cəzaçəkmə müəssisəsindən qaçmış məhbus artıq tutulub. Bu barədə ANS-ə ədliyyə nazirinin müavini, nazirliyin Penitensiar Xidmətin rəisi Mədət Quliyev məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı Faiq Fərəcov dekabrın 9-da axşam saatlarında polis işçilərinin əlinə keçib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qaradağ rayonunda yerləşən 2 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu müəssisədən qaçmaq istəyiblər. Bu zaman müəssisənin əməkdaşları məhkumların hərəkətlərindən şübhələnərək onlara xəbərdarlıq ediblər.

Həyata keçirilən tədbirlər nəticəsində Fərid Dadaşov zərərsizləşdirilərək kameraya salınıb. Az keçməmiş F. Dadaşov kamerada özünü öldürüb. Digər məhkum Faiq Fərəcov isə müəssisədən qaçmağa müvəffəq olmuşdu.

Qeyd edək ki, məntəqənin yerləşdiyi binada 1993-cü ildən bəri məcburi köçkünlər məskunlaşıb. Müəssisə açıq tipli olduğundan burada xüsusi mühafizə olmayıb. Bu tipli müəssisələrdə məhkumlar daimi saxlanmır, yalnız mütəmadi olaraq gəlib qeydiyyatdan keçirlər. Binanın birinci mərtəbəsindəki cəmi bir neçə otaq cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərir.


Geri qayıt