Əsas Səhifə > Cəmiyyət > ERMƏNİSTAN DANIŞIQLARDA KÖNÜLLÜ DEYİL
ERMƏNİSTAN DANIŞIQLARDA KÖNÜLLÜ DEYİL10-12-2011, 11:38 |
NALBANDYANIN SÖZÜ RƏSMİ BAKINI HİRSLƏNDİRİB “Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin, birliyin, həmsədrlərin təzyiqi ilə danışıqlara gedir”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “Dağlıq Qarabağa status verilməsə, erməni icması danışıqlarda iştirak etməyəcək” bəyanatına münasibət bildirərkən deyib. N. Məmmədovun sözlərinə görə, işğalçı dövlət danışıqlar prosesini pozmaq üçün tez-tez bu cür açıqlama verir: “Onlar çox məkrli və riyakardırlar. Bir müddət özlərini konstruktiv kimi göstərməyə çalışırlar, bəlkə də buna nail olurlar. Amma son məqam gələndə bir bəhanə tapırlar. İndiki situasiyada da onların verdiyi bu bəyanatlar məhz danışıqlar prosesini qarşıdan gələn müddətdə pozmaq məqsədi güdür”. Geri qayıt |