Əsas Səhifə > Dünya > SURİYA "HİZBULLAH"I SİLAHLANDIRIR

SURİYA "HİZBULLAH"I SİLAHLANDIRIR


10-05-2013, 12:44
SURİYA "HİZBULLAH"I SİLAHLANDIRIR
FƏRQLİ SİLAHLARLA

"Hizbullah" lideri Seyyid Həsən Nəsrullah Suriyadan fərqli silahlar alacağını bildirib.

SalamNews-un “alalam.ir”ə istinadla veridyi xəbərə görə, Livanın "Nur" radiyosu onun bölgədə gedən proseslərlə bağlı çıxışını yayımlayıb.

S.H.Nəsrullah İsrailin Suriyaya endirdiyi hava zərbələrə işarə edərək bildirib ki, bölgədə hərbi bərabərliyin yaradılması və İsrailin hərbi üstünlüyünün bitməsi üçün "Hizbullah" yeni silahlara malik olacaq. "Hizbullah" İsrailə qarşı mübarizə hərəkatının gücləndirilməsi üçün hər bir silahı təhvil almağa hazırdır.

O, Ərəb Dövlətləri Liqasının Fələstin-İsrail danışıqlarının səmərə verməsi istiqamətində təklif etdikləri “ərazi mübadiləsi” təşəbbüsünü tənqid edib: “Müsəlmanlar Əqsa məscidi və Fələstin məsələsini əhəmmiyyət verməlidirlər və Fələstin Mübarizə Hərəkatının əsas sütunlarından olan Suriyanı hədəfə almamalıdırlar.”

S.H.Nəsrullah vaxtilə Suriyanın İsraillə mübarizədə "Hizbullah"a etdiyi maddi və mənəvi dəstəklərin olduğunu deyib və ona görə də, "Hizbullah"ın Suriyanı meydanda tək qoymayacağını söyləyib.

Geri qayıt