Əsas Səhifə > Sosial, Manşet > VETERANLARA TƏYİN OLUNAN PUL YARDIMI ÜNVANA ÇATMAYIB

VETERANLARA TƏYİN OLUNAN PUL YARDIMI ÜNVANA ÇATMAYIB


10-05-2013, 11:26
VETERANLARA TƏYİN OLUNAN PUL YARDIMI ÜNVANA ÇATMAYIB
AĞDAŞDAN GƏLƏN ŞİKAYƏT MƏKTUBU İLGİNC FAKTI ORTAYA ÇIXARDI

DİA.AZ: - Redaksiyamıza Ağdaş rayonu sakini adından müraciət daxil olub. Müraciət müəllifi bildirir ki, onun babası 2-ci Dünya Müharibəsinin iştirakçısı olsa da, dövlətin müəyyən etdiyi qayğılardan doğru-dürüst yararlana bilmir. Və dünən 9 May günü qeyd olunan zaman da məhz Ağdaş rayonunun yerli icra hakimiyyətinin anlaşılmaz münasibəti səbəbindən narazı düşən Ağdaş sakininin babası hansısa formada mükafatlandırılmayıb.

Ağdaş sakini adının çəkilməməsi xahişilə DİA.AZ-a yazır: «Prezidentin müvafiq qərarına əsasən müharibə veteranlarına 700 manatlıq birdəfəlik pul yardımı ayrılsa da, mənim babam həmin pulun yalnız bir hissəsini - 400 manatı ala bildi. Bununla bağlı icra hakimiyyətinə müraciət etdik. Onlar isə bildirdilər ki, «yuxarıdan» heç bir pul vəsaiti ayrılmadığından yerli icra hakimiyyəti öz hesabına pul ödəyir. Əgər pul ayrılarsa, o zaman yerdə qalan hissə də veriləcək».

Ağdaş sakini bildirir ki, buna qədər də müharibə veteranlarına maşın vverilsə də, onun babasından maşının müqabilində 2000 manat rüşvət istənilib: «Babamın səhhətində ciddi problemlər var. Onun özünün dəstəyə ehtiyacı olan halda, biz 2000 manatı hardan alıb verək?».

Onu da bildirək ki, DİA.AZ-a hökumət içindəki qaynaqlar da veteranlar üçün ayrılan 700 manatlıq birdəfəlik yardımın ünvanlarına çatmadığını təsdiqləməklə yanaşı, redaksiyamıza bildirildi ki, həmin pul vəsaitləri yerli icra orqanları tərəfindən ödənilməlidir: «Yəni bu, yazılmayan qanundur»….

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt