Əsas Səhifə > Cəmiyyət, Manşet > ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİ ALVER BAŞINDA

ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİ ALVER BAŞINDA


23-09-2011, 16:34
ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİ ALVER BAŞINDA

TAKSİ SÜRÜCÜLƏRİNƏ LİSENZİYALAR SATILIR

Nəqliyyat Departamentinin işçiləri taksi sürücülərinə lisenziyanı yenidən satırlar.

Taksi sürücülərinin verdiyi məlumata görə, ölkədə korrupsiyaya qarşı mübarizə yeni başlayanda Nəqliyyat Departamentinin əməkdaşları taksi sürücülərinə lisenziya almaq üçün idarəyə getməyi məsləhət görürdü.

İndi isə qurumun işçiləri yenidən taksi sürücülərini lisenziyanı onlardan almağa məcbur edir. Sürücülərin dediyinə görə, həmin məbləği departamentin işçilərinə ödəməyən sürücülərə işləməyə imkan vermirlər: «Lisenziyanın müddətindən bir gün keçən kimi bizi cərimələyirlər. Əvvəl departamentin işçilərinə pul verib lisenziya almaq sərf edirdi. 20 manat verib lisenziyamızı alırdıq. İndi isə 30 manata qaldırıblar. Halbuki özümüz gedib alanda 21 manata başa gəlir».

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxlasaq da nazirliyin sözçüsü Namiq Həsənov telefonun dəstəyini qaldırmadı.

Geri qayıt