Əsas Səhifə > Ölkə > RƏSMİ BAKI BEYNƏLXALQ ALƏMİ NECƏ FIRLADIR?

RƏSMİ BAKI BEYNƏLXALQ ALƏMİ NECƏ FIRLADIR?


10-12-2011, 11:24
RƏSMİ BAKI BEYNƏLXALQ ALƏMİ NECƏ FIRLADIR?

AZƏRBAYCANDA KORRUPSİYA İLƏ MÜBARİZƏ İMİTASİYASI

BMT-nin təşəbbüsü ilə 9 dekabr beynəlxalq korrupsiya ilə mübarizə günü kimi qeyd edilir. Hər şey 2003-cü ildə Meksikada başladı. O vaxt Merida şəhərində yüksək səviyyəli siyasi konfransda Azərbaycan da daxil 100 ölkənin nümayəndələri korrupsiyaya qarşı BMT Konvensiyasını imzaladılar.

Sənəd onu imzalayan ölkələrin qarşısına öhdəlik qoyur ki, rüşvət, büdcə vəsaitlərinin talan edilməsi, korrupsiya gəlirlərinin yuyulmasını cinayət elan etsinlər. Konvensiyanın müddəalarından birinə görə, vəsaitlər korrupsiya nəticəsində hansı ölkədən gəlibsə, ora qaytarılmalıdır.

2003-cü ilin Konvensiyası bu cür ilk sənəddir. O, bütün strukturların korrupsiya uğramasının milli rifaha ciddi ziyan vurduğu ölkələr üçün xüsusən vacibdir. Konvensiya «ölkələrin inkişafına ziyan vuran və demokratiya və hüquqi dövlət rejiminə təhlükə olan» korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüququn vacib alətidir.

Azərbaycanda dövlət bu günü sezmədi və səbəbi aydındır. Transparency International-ın bir həftə əvvəl 2011-ci ildə korrupsiyanı qavrama indeksi üzrə açıqladığı hesabat bayram ovqatını korladı. Orada göstərilir ki, Azərbaycan korrupsiya üzrə liderliyini yüksəldib və 2010-cu ildəki 134-143 yerdən 143-151-ci yerə çıxıb. Ölkəmiz burada Rusiya, Ukrayna, Mavritaniya, Uqanda, Toqo kimi ölkələrlə yan-yanadır.

Ekspertlər bunu hökumətin qanun və öhdəlikləri yerinə yetrimək üçün siyasi iradəsinin olmaması, ölkədə avtoritar rejimin saxlanması üçün korrupsiyanın vacib alət olması ilə izah edirlər. Gerçəkdən, Azərbaycandakı psevdodemokrtaik rejim son illər tədricən güclü istibdad ambisiyaları, qanunverici və məhkəmə hakimiyyətini öz altında əzən icra hakimiyyəti, dövlət mütləqiyyətinə güclü meyl, gizli iqtisadiyyat, bəsit şəxsiyyət kultu və totalitar sovet prakstikası ilə tədricən avtoritar-polis rejiminə çevrilib. Bu cür rejimlərə qanunun hakimiyyəti yox, hakimiyyətin qanunu, qanunun diktaturası yox, diktaturanın qanunu, şəxsiyyətin maraqları yox, şəxsi maraqlar xarakterikdir. Belə rejim mütləq iyrənc diktaturaya təkamül edir.

Prezident Əliyevin seçdiyi azğın korrupsiyaya proqramlanmış neosovet və sərt avtoritar rejim prezidentin özünün bir il öncə elan etdiyi antikorrupsiya addımlarının uğursuzluğunun əsas səbəbi oldu.

Azərbaycan cəmiyyəti prezidentin 15 yanvar 2011-ci ildə hökumətin iclasında antikorrupsiya çıxışından karıxdı. Bu şərin kökünün kəsilməsi barədə onun tezisləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və başqa vəzifəli şəxslərin gurultulu bəyanatlarına səbəb oldu. Nazirlik və təşkilatlarda korrupsiyanın kökünü kəsmək arzusu barədə yalançı özünüifşa yığıncaqları keçirildi.

O vaxt isti izlərlə Turan analitikləri təklif edirdilər ki, Azərbaycanda antikorrupsiya ritorikasının canlanmasının səbəblərini beynəlxalq institutlarla dövlətlərin, məsələn, diplomatik və digər formada getdikcə korrupsiya ilə mübarizənin imitasiyadan real hərəkətlərə keçməyi daha da israrla tələb edən ABŞ-la hökumətin dialoqunun intensivliyinin artmasında axtarsınlar. Həmçinin Azərbaycanın 2011-2014-ci illər üçün Dünya Bankı ilə əməkdaşlığı, Aİ Şərq Tərəfdaşlıq Siyasəti, Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin cinayət yolu ilə əldə edilmiş pulların əldə edilməsinə və terrorizmin maliyyələşdirilmsəsinə qarşı 2010-2013-cü illər üçün qəbul etdiyi mübarizə strategiyası onu korrupsiyanın ifşa edilməsinə məcbur edib. Ancaq hakimiyyətin opponentləri rəhbər şəxslərin bəyanatlarını imitasiya adlandırdı və haqlı çıxdılar. Tədricən yüksək səviyyəli kampaniya prezidentin növbətçi korrupsiyalı infrastruktur layihələrinin açılış mərasimləri zamanı məmurların ayrı-ayrı sui-istifadə halları barədə dilə gətirdiyi sözlər səviyyəsinə düşdü.

Opponentlərin bu rəyi beynəlxalq strukturların qeyri-ardıcıl mövqeyinin dərsləri və hakimiyyətin dünya mərkəzləri ilə razılığa gəlmə bacarığı ilə şərtlənirdi.

Suriya, İran, Əfqanıstan və Avropada hadisələrin fonunda ikinci yarım ildə Azərbaycanın ünvanına beynəlxalq tənqidin yumşaldı və fiziki zorakılıq və məhkəmə yolu ilə vətəndaş cəmiyyəti və KİV-ə təzyiqlər artmağa başaladı. Beləliklə, demək olar ki, korrupsiya ilə mübarizə bir qədər də sonrakı müddətə saxlanılacaq və demək, Azərbaycan hökuməti qısamüddətli perspektivdə dünya korrupsiya liderliyinin dadını çıxaracaq.

TURAN Analitik xidməti


Geri qayıt