Əsas Səhifə > Sosial, Manşet > SALYAN RUHİ DİSPANSERİNDƏ ŞIDIRĞI ALVER

SALYAN RUHİ DİSPANSERİNDƏ ŞIDIRĞI ALVER


9-05-2013, 12:55
SALYAN RUHİ DİSPANSERİNDƏ ŞIDIRĞI ALVER
CİBİNDƏ “DƏLİLİK KAĞIZI” OLAN AVTOBUS ŞOFERLƏRİ ONUN “MƏHSULUDUR”

DİA.AZ: Salyan rayon ruhi dispanseri ilə bağlı, burada cərəyan özbaşınalıqlarla əlaqədar mətbuatda yetərincə yazılıb. Amma görünür, kimlərsə hələ də dispanserin baş həkimi Yaşar Kərimovun vəzifəsində qalmasında maraqlıdırlar. Hər halda, «əl əli yuyar, əl də qayıdıb üzü yuyar» prinsipi burada aşkar surətdə nəzərə çarpır.

DİA.AZ-a Salyandan verilən məlumatlardan aydın olur ki, ruhi dispanseri rəsmən bazara çevirən və bu fəaliyyətindən külli miqdarda qazanc əldə edən Yaşar Kərimov həm də rayonda içkiyə meyilli kimi tanınır: «Əksər vaxtlarda sərxoş olduğundan hətta bir dəfə ombudsman aparatının Salyan ruhi dispanserində monitorinq keçirməyə gələn nümayəndələri ilə də insident yaşayıb».

Mənbəmiz bildirir ki, Elmira Süleymanovanın adamlarının «xəstə yaxınları» olduğunu zənn edən Yaşar Kərimov onlara deyib ki, artıq 3 aydır qohumunun adını dispanserə yazıb, bəs pulu nədən gətirmir: «Bundan sonra ombudsman aparatının işçiləri ilə baş həkim arasında qalmaqal yaşanıb və bu olay nəticədə Yaşar Kərimovun işdən alınmasına gətirib çıxarıb. Amma üstündən 8 ay keçməmiş yenidən Yaşar Kərimov dispanserə müəmmalı şəkildə rəhbər gətirildi. Rayonda gəzən söhbətlərə görə, onun əlində bir çox məmurların yaxınları ilə bağlı kompramat xarakterli faktlar olub və bu səbəbdən Yaşar Kərimov əvvəlki yerinə qayıda bilib. Yəni yaxınlarını Yaşar Kərimovun dispanserində «dəli» kimi qeydiyyata saldıran məmurlar bu gün onun rəsmən girovu olduğundan hər gün içki içən baş həkimə güldən ağır söz deyən də yoxdur».

Mənbə iddia edir ki, hətta Yaşar Kərimovun «xəstələri» arasında bu gün «D» kateqoriyalı sürücülük vəsiqəsi ilə paytaxtda sərnişin daşıyan şəxslər də var: «Onlar ciblərində Yaşar Kərimovdan pula aldıqları «dəlilik kağızını» gəzdirirlər. Amma özləri bu gün minlərlə vətəndaşa xidmət göstərirlər. Əgər onlar ruhi xəstədirlərsə, sürücülük vəsiqəsini necə alıblar? Yox, sağlamdırlarsa, o zaman necə «dəlilik kağızı» əldə ediblər?»

Hər halda, bütün bu suallara Yaşar Kərimovun və onu bu gün vəzifə başında saxlayanların cavab verməsi daha doğru olardı…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt