Əsas Səhifə > Ölkə > GÜLƏR ƏHMƏDOVADAN XƏBƏR VAR
GÜLƏR ƏHMƏDOVADAN XƏBƏR VAR8-05-2013, 12:46 |
ONUNLA BAĞLI GÖSTƏRİŞ GÖZLƏYİRLƏR “Gülər Əhmədovanın amnistiyaya düşməsi ilə bağlı yayılan məlumat yalandır”. Bunu hafta.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Raqif Mustafayev deyib. Gülər Əhmədovanın səhhətinin də qaydasında olmadığını vurğulayan vəkil, onun psixoloji gərgin vəziyyətdə olduğunu deyib: “Gülər xanımın əsəbləri pozulub. Onun psixoloji gərginliyinə görə özündən getməsi barədə yayılan məlumatlar doğrudur. Güclü dərmanlar vasitəsilə onu saxlayırlar, vəziyyəti indi daha da pisdir”. Sabiq millət vəkilinin həkim müayinəsindən keçməsinə gəlincə isə vəkil bildirib ki, dəfələrlə müraciət etsələr də, G.Əhmədova ciddi müayinə olunmur: “Həbsxananın həkiminin ancaq təzyiq ölçən və temperatur ölçən aparatı var, vəssalam. Bunlarla necə diaqnoz qoymaq olar? Gülər xanımın ciddi müayinə və müalicəyə ehtiyacı olması barədə müraciət etsək də, buna baxılmır. Çünki hər kəs göstəriş gözləyir”. Geri qayıt |