Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARIMIZIN ÖVLADLARI QUMAR YOLDAŞI İMİŞ

MƏMURLARIMIZIN ÖVLADLARI QUMAR YOLDAŞI İMİŞ


8-05-2013, 11:58
MƏMURLARIMIZIN ÖVLADLARI QUMAR YOLDAŞI İMİŞ
NAZİR OĞLU HAQQINDA İLGİNC FAKT: QUMARDA 80 MİN MANAT UDUZUB

DİA.AZ: - Bu gün paytaxtımızda gizli kazinoların və qumarxanaların kifayət qədər çox olması heç kəsə sirr deyil.

Sözügedən kazinoları yüksək vəzifə sahibləri himayə edərək oradan külli miqdarda mənfəət əldə edirlər. Samballı hesab olunan kazinolara isə məmur övladları və biznesmenlərin yaxınlarıdır. Bu günlərdə DİA.AZ-a maraqlı bir məlumat daxil olub.

Məlumatda bildirilir ki, nüfuzlu nazirlərimizdən birinin övladı bir neçə gün bundan öncə Bakıdakı gizli kazinoların birində külli miqdarda 80 min manat məbləğində pul uduzub. Əldə etdiyimiz məlumata görə, nazir oğlu sözügedən məbləği başqa bir məmurun oğluna uduzub.

Həmin şəxsin kimliyi hələ ki bizə məlum deyil. Kiçik dəqiqləşmədən sonra həmin şəxsin adını da siz oxuculara təqdim edəcəyik. Qeyd edək ki, uduzan nazir oğlunun adı dəfələrlə bu kimi işlərdə hallandırlıb.

Geri qayıt