Əsas Səhifə > Hadisə > ŞOK: "NİDA" ÜZVÜ GƏNC QIZ ÖZÜNÜ ÖLDÜRDÜ

ŞOK: "NİDA" ÜZVÜ GƏNC QIZ ÖZÜNÜ ÖLDÜRDÜ


8-05-2013, 10:20
ŞOK: "NİDA" ÜZVÜ GƏNC QIZ ÖZÜNÜ ÖLDÜRDÜ
ONA TƏZYİQLƏRİN EDİLDİYİ BİLDİRİLİR

"Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız intihar edib. Musavat.com-un məlumatına görə, bu barədə məlumatı Nilufər Məhərrəmovanın dostları Facebook-da yazıblar.

İntiharın təfərrüatlarına gəlincə, hər şey Nilufər Məhərrəmovanın bloq yazısından sonra başlayıb. O, öz bloqunda "Sivil demokratik ve hüquqi dövlet uğrunda" adlı məqaləsini (http://nilufermeherremovablog.wordpress.com/2013/04/06/sivil-demokratik-ve-huquqi-dovlet-ugrunda) paylaşıb. Bundan sonra gənc qıza təzyiqlər başlayıb. Hətta, onun polis əməkdaşları tərəfindən döyüldüyü barədə iddialar da var. Nəticədə, Nilufərin evdə anası ilə mübahisəsi yaranıb. Mübahisədən dərhal sonra isə qız özünü altıncı mərtəbədən atıb.

Mövzuya qayıdacağıq.

Geri qayıt