Əsas Səhifə > Ölkə > POLİSDƏN TƏQDİRƏLAYİQ ADDIM

POLİSDƏN TƏQDİRƏLAYİQ ADDIM


9-12-2011, 13:22
POLİSDƏN TƏQDİRƏLAYİQ ADDIM

AZYAŞLILARIN İNTERNET KLUBLARA GİRİŞİ QADAĞAN OLUNDU

DİA.AZ: - Hüquq-mühafizə orqanlarımız təqdirəlayiq bir fəaliyyətə başlayıb. Bu barədə redaksiyamıza Bakı sakinləri məlumat veriblər. DİA.AZ-a danışan paytaxt sakini Rövşən Nəcəfov bildirir ki, dünəndən etibarən polis işçiləri internet klublarda reydlərə başlayıblar.

Onun sözlərinə görə, reydlər zamanı polislər azyaşlı uşaqların itnernet klublarda vaxt keçirmələrinin qarşısını alıblar.

Bu məlumatı dəqiqləşdirmək üçün bir neçə internet klubun sahibi ilə əlaqə saxladıq. Onlar da faktı təsdiqlədilər: «Bizə bildirdilər ki, azyaşlıları bir daha kluba buraxsaq, cərimələnəcəyik».


Geri qayıt