Əsas Səhifə > Cəmiyyət > RAFİQ TAĞININ QƏBRİNİN ÜSTÜ GÖTÜRÜLÜR

RAFİQ TAĞININ QƏBRİNİN ÜSTÜ GÖTÜRÜLÜR


9-12-2011, 13:15
RAFİQ TAĞININ QƏBRİNİN ÜSTÜ GÖTÜRÜLÜR

“QƏBİR QIRX MƏRASİMİNƏ KİMİ HAZIR OLACAQ”

Rafiq Tağının qırxı yanvarın 2-nə düşür. Mərhum yazıçının qardaşı Alim Tağıyev dekabrın 9-da “Media forum” saytına belə deyib. O qeyd edib ki, qəbrin üstünü götürməyə başlayıblar: “Qəbir qırx mərasiminə kimi hazır olacaq”.

Alim Tağıyevin sözlərinə görə, Daxili İşlər Nazirliyinin ayırdığı mühafizə qrupu Rafiq Tağının ailəsinin təhlükəsizliyini qoruyur: “Polis əməkdaşları 24 saat evin qarşısında dayanır. Hər gün ailəyə baş çəkirlər. Rafiqin övladlarını isə dərsə özümüz aparıb gətiririk”.

Yazıçı Rafiq Tağı noyabrın 19-da Bakıda bıçaqlanıb və noyabrın 23-də müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Son illər Rafiq Tağının yazılarındakı dini tənqidlər bir sıra mübahisələr doğurub. 2006-2007-ci illərdə belə yazılarından birinə görə o, həbsdə yatıb. Rafiq Tağının ölümünə səbəb olan bıçaqlanmanın da onun yazılarındakı dini motivlərlə bağlı olduğu güman edilir.

Rafiq Tağı noyabrın 24-də Bakının “Qurd qapısı qəbiristanlığı” adlanan məzarlığında torpağa tapşırılıb.

Yazıçının ailəsi Bakının Xətai rayonunda yaşayır. Onun iki övladı var. Oğlu tələbədir, qızı isə orta məktəbdə oxuyur.


Geri qayıt