Əsas Səhifə > Siyasət, Manşet > HİKMƏT MƏMMƏDOV ÖZÜNÜ HANSI POSTA HAZIRLAYIR?

HİKMƏT MƏMMƏDOV ÖZÜNÜ HANSI POSTA HAZIRLAYIR?


7-05-2013, 11:44
HİKMƏT MƏMMƏDOV ÖZÜNÜ HANSI POSTA HAZIRLAYIR?
GÖMRÜK DAXİLİNDƏKİ İSLAHATLAR QƏRARI QƏTİLƏŞİB: HƏBS DƏ OLACAQ

DİA,AZ: - Hələ xeyli müddət əvvəldən gömrük sistemində həm kadr və həm də struktur islahatlarının həyata keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Bununla əlaqədar DİA.AZ-a gömrükdəki mənbələrdən verilən informasiyada qeyd olunur ki, artıq bütün tədbirlər hazırlanıb və hətta qanunvericiliyə də müvafiq düzəlişlərin edilməsi üçün Prezident Administrasiyası tərəfindən Milli Məclisə göndəriləsi təkliflər hazırlanmaqdadır.

Mənbəmiz bildirir ki, amma buna qədər kadr islahatlarının həyata keçirilməsi prosesinə başlanılacaq və bu proses may ayının sonlarından start götürəcək: «Mətbuatda yazılır ki, gömrüyə nəzarət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əlindən alınır. Bu, belə deyil və nəzərdə tutulan islahatların hədəfi də bundan ibarət deyil. Əksinə, bütün proseslər məhz FHN şefinin arzu və istəklərinə uyğun şəkildə cərəyan edəcək».

Mənbəmiz bildirir ki, elə Dövlət Gömrük Komitəsinin sədri postunda nəzərdə tutulan dəyişiklik də Kəmaləddin Heydərovun marağındadır: «Aydın Əliyev də onun kadrıdır və DGK rəhbərliyinə gətirilməsi planlaşdırılan şəxs də Kəmaləddin Heydərovun adamıdır. Hələlik bu posta kimin təyin ediləcəyi dəqiq məlum deyil. Amma əyalətdən kadr gətirilməsi ilə bağlı deyilənlər həqiqətdən uzaqdır».

Onu da xatırladaq ki, mətbuatda həmçinin Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovun Aydın Əliyevin yerinə gətiriləcəyi də iddia olunub. Mənbəmiz bildirdi ki, ola bilsin ki, «Rokfeller» ləqəbli Hikmət Məmmədov belə bir iddianı ortaya atmaqla özünün DGK şefi postuna ambisiyasının olduğunu hiss etdirir: «Amma vəziyyət tamam fərqlidir. Çünki gündəmdə onun vəzifəsinin yüksəldilməsi yox, əksinə, vəzifəsindən alınması, hətta antikorrupsiyə tədbirləri çərçivəsində gömrüyün verdiyi «ilk qurban» olması dayanır. Yəni onun həbsi belə mümkündür».

Geri qayıt