Əsas Səhifə > Şou-biznes > XANIM MÜĞƏNNİMİZ DUBAYA GEDİB

XANIM MÜĞƏNNİMİZ DUBAYA GEDİB


9-12-2011, 12:33
XANIM MÜĞƏNNİMİZ DUBAYA GEDİB

ZÖHRƏ ABDULLAYEVANIN SƏFƏRİNİN MƏQSƏDİ MƏLUM DEYİL

Əməkdar artist Zöhrə Abdullayeva nə səbəbdən bu şəhərə getdiyini açıqlamadı.

Milli.Az xəbər portalına daxil olan məlumata görə, xalq və estrada mahnılarının, eləcə də milli muğamlarımızın mahir ifaçısı Zöhrə xanım bir neçə gündür ki, paytaxtı tərk edərək Birləşmiş Ərəb Əmirliyinə, daha doğrusu, Dubay şəhərinə gedib.

Məlumatı dəqiqləşdirmək və səfərinin məqsədini öyrənməkdən ötrü əməkdar artistin bizə məlum olan mobil telefonuna zəng etdik. Telefonunu rouminqə qoşan sənətkar artıq pul yazmamağı üçün "allo"dan əvvəl "Mən Dubaydayam" deyib, əlaqəni kəsdi. Müğənninin səfərinin təfərrüatlarını dəqiqləşdirməyə çalışacağıq.


Geri qayıt