Əsas Səhifə > Şou-biznes > ÜNLÜ AKTYORUN DƏHŞƏTLİ ÖLÜMÜ

ÜNLÜ AKTYORUN DƏHŞƏTLİ ÖLÜMÜ


7-05-2013, 10:43
ÜNLÜ AKTYORUN DƏHŞƏTLİ ÖLÜMÜ
HALİT ARSLANIN SÜMÜKLƏRİ QIRILIB, BIÇAQLANIB

"Min bir gece" və "Asi" seriallarından çox yaxşı tanıdığımız Halit Arslan sümükləri qırılaraq və bıçaqlanaraq öldürüldü! Belə ki, aktyor sevgilisi ilə yaşadığı binanın qarşısında ikən orada olan qonşusuna qəzəblənib:

"Sevgilimə niyə baxırsan?" Bundan sonra sadəcə sözlə atışan qonşuların revanşı sonraya qalıb. Üzr istəmək adı ilə əks tərəf Halitlə görüş təyin edib. Bu görüşdə onun üstünə 9 nəfərlik qrupla gəliblər. Halit 4, dostu isə 6 yerindən bıçaqlanıb. Daha sonra xəstəxana-xəstəxana gəzdirilən aktyorun ürəyi iki dəfə dayanıb. Sonuncu dayanışda isə artıq bir də döyünməyib...

Geri qayıt