Əsas Səhifə > Dünya > TÜRKİYƏ İLƏ İSRAİL ANLAŞDI

TÜRKİYƏ İLƏ İSRAİL ANLAŞDI


7-05-2013, 09:56
TÜRKİYƏ İLƏ İSRAİL ANLAŞDI
“Mavi Mərmərə" qurbanlarının ailələrinə təzminat ödənilməsinə dair müzakirələrin ikinci turunda Türkiyə və İsrail arasında razılıq əldə edilib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, dünən Qüdsdə keçirilən görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Füridun Sinirlioğlunun başçılıq etdiyi heyət, İsraili isə Ankarada keçirilən ilk təzminat danışıqlarında iştirak edən Baş nazir Binyamin Netanyahunun məsləhətçisi Cozef Ciechanover ilə Milli Təhlükəsizlik Şurasının sədri Yaakov Amidrorun təmsil edib.

Diplomatik mənbələrin verilən məlumata görə, ikinci görüş də müsbət atmosferdə keçib. Danışıqların sonunda tərəflər ilkin mətn üzərində razılığa gəliblər.


Geri qayıt