Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 60 YAŞLI AHILIN TORPAĞINI ƏLİNDƏN ALDILAR

60 YAŞLI AHILIN TORPAĞINI ƏLİNDƏN ALDILAR


7-05-2013, 08:53
60 YAŞLI AHILIN TORPAĞINI ƏLİNDƏN ALDILAR
Giləzi qəsəbəsinin bələdiyyəsi özbaşınalığa əl atıb. DİA.AZ xəbər verir ki, bələdiyyə qəsəbə sakini 60 yaşlı İntiqam Ağamalıyevin 10 il bundan əvvəl aldığı 2 hektar torpaq sahəsini ondan zorla alıb. Bu addımı isə Yaşıllaşdırma İdarəsinin əliylə həyata keçirib.

Məlumatda deyilir ki, Yaşıllaşdırma İdarəsi yerli bələdiyyə ilə əlbir olaraq İntiqam Ağamalıyevin torpaq sahəsində Heydər Əliyevin şərəfinə ağac əkəcəklərini iddia ediblər. Bir ildən çoxdur ki, qanuni torpağını geri almaq istəyən qəsəbə sakini bununla bağlı bütün instansiyalara şikayət etsə də, xeyri olmayıb.

Yaşıllaşdırma İdarəsindən isə ona deyiblər ki, ürəyi istədiyi yerə şikyət edə bilər. «Mənə deyirlər ki, Heydər Əliyevin şərəfinə ağac əkəcəklər və buna görə də, gördükləri iş dövlət əhəmiyyətlidir. Amma bu torpaq qanuni olaraq mənimdir. Etdiyim şikayətlərə də baxan yoxdur».

Apardığımız araşdırma nəticəsində məlum olub ki, Giləzi Bələdiyyəsi və Yaşıllaşdırma İdarəsinin həyata keçirdiyi bu «əməliyyat» məqsədli olub. Belə ki, Ağamalıyevə məxsus torpaq sahəsinin yalnız kiçik bir hissəsində ağaclar əkilib. Yerdə qalanı isə dolayı yollarla satışa çıxarılıb.

Geri qayıt