Əsas Səhifə > Hadisə > QOBUSTANIN POLİS RƏİSİ DƏYİŞDİ

QOBUSTANIN POLİS RƏİSİ DƏYİŞDİ


9-12-2011, 12:04
QOBUSTANIN POLİS RƏİSİ DƏYİŞDİ

KÖHNƏ RƏİS CƏLİLABADA GÖNDƏRİLDİ

Azərbaycanda daha bir rayonun polis rəisi dəyişdirilib.

APA-nın məlumatına görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Namiq Camalov tutduğu vəzifədən azad edilərək Cəlilabad Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Geri qayıt