Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİ ÖLKƏMİZƏ QARŞI AÇIQ SAVAŞDA

FARS-MOLLA REJİMİ ÖLKƏMİZƏ QARŞI AÇIQ SAVAŞDA


6-05-2013, 09:54
FARS-MOLLA REJİMİ ÖLKƏMİZƏ QARŞI AÇIQ SAVAŞDA
DEYƏSƏN, RAMİZ MEHDİYEVİN İRAN SƏFƏRİ ÖLKƏMİZƏ BAHA BAŞA OTURUR

DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İran səfərinin uğursuz başa çatması elə AMEA-nın xanım əməkdaşının İranın xüsusi xidmət orqanları tərəfindən həbs edilməsilə sübut olundu. Sanki fars-molla rejimi bu səfəri gözləyirmiş kimi ölkəmizə qarşı basqıları daha da artırıblar. DİA.AZ bildirir ki, dünənə qədər Azərbaycana qarşı aparılan təbliğat kampaniyası səngimiş kimi görünürdüsə, artıq yeni alovlanma müşakidə olunur.

Belə bir antiAzərbaycan ruhlu yazı İran agenturasının aktiv portallarından olan “AranNews” portalında “Purəqdəm” imzası ilə yerləşdirilib. Həmin yazını olduğu kimi diqqətinizə təqdim edirik:

“Bu gün dünyada bəzi terminlər vardır ki, özlərinə mənfi məna götürdükləri üçün hamı özünü ondan uzaq saxlamağa çalışır. Bu terminlərdən biri də "diktatorluq"dur. Diktatorluğu belə mənalandırıblar: "Hakim (ya hakimlərin) rəftarını məhdudlaşdıracaq qanun və ya ənənənin olmaması, yaxud hakim öz məhdud gücü ilə o qanun və ənənəni ayaq altda qoyması".

Diktatorluq termininə digər təriflər də veriblər:

- Qanunları pozmaq yolu ilə hakimiyyəti əldə saxlamaq.

- Canişinlik üçün heç bir qayda-qanunun olmaması.

- Hakimiyyətin kiçik bir dəstənin maraqlarına xidmət etməsi.

- Xalq dövlətin gücündən qorxduğu üçün ona itaət etməsi.

- Hakimiyyətin bir nəfərin əlində cəmləşməsi.

- Əsas güc vasitəsi kimi terrorun tətbiqi.

Bu günləri dünyanın müxtəlif ölkələrinin hakimləri nəzəri diktaturanı demokratiya kimi ifadələrin sayəsində məhkum etməklə öz hakimiyyətlərini davam etdirməyə çalışsalar da bəzi ölkələrdə diktaturanın nümunələrini asanlıqla göstərmək olar. Bu ölkələrdən biri də Azərbaycan Respublikasıdır. Diktaturanın tərifinə azacıq diqqət etməklə onun aşkar nümunələrini bu ölkədə hiss etmək mümkündür. Diktaturanın təriflərinə diqqət etməklə aşağıdakı nümunələrə işarə edirik:

1. Prezident seçkilərində iştirak etmək üçün ölkənin konstitusiyasındakı prezidentliyə namizədliyə mane olan qanunun dəyişdirilməsi hakimiyyəti ələ keçirmək üçün qabaqkı qanunu pozmağın aşkar nümunəsidir. İlham Əliyev bir nəfərin iki dəfədən artıq seçkilərdə iştirak edə bilməməsi qanununu ləğv etməklə öz hakimiyyətini daimiləşdirdi və bununla da diktatorluğun bu nümunəsini kamilləşdirdi.

2. Hakimiyyət tələblik xəstəliyi neçə ildir ki, Azərbaycan ölkəsini öz kölgəsi altına alıb və artıq bir neçə ildir ki, paşayevlər və əliyevlər arasında gedən hakimiyyət davası bərkiyib. Azərbaycanla tanış olan hər bir kəs yaxşı bilir ki, bu ölkəyə hakimliyi özünün dəyişməyən haqqı bilir və heç bir şəraitdə bunun başqasına tapşırılmasına icazə verməz. Bu da Azərbaycan Respublikasını dünyanın diktatorluq rejimi sırasına daxil etməyə kömək edir.

3. Azərbaycan Respublikasının neft və qaz hissəsində dəyişikliklər barədə demək olar ki, hər gün xəbərlər eşidilir. Onda belə bir sual qarşıya çıxır ki, nə üçün neft və qaz ehtiyatları ilə zəngin bir ölkənin neft və qaz adında milli sənayesi olmasın? Bu sualın cavabını da diktatorluğun tərifində asanlıqla tapmaq olar. Neft və qaz, hətta digər zəngin mədənlərinin milli olması ölkə başçılarının əlini bu yataqlara bir qədər məhdudlaşdırır. Böyük sərvətlər yağmalamaq üçün ən yaxşı yol ölkə sərvətlərinin kamil surətdə onların ixtiyarında olmasıdır.

4. Azərbaycanın tarixinə ötəri baxsaq görərik ki, bu gün yox, bəlkə keçmiş zamanlardan belə azadlıq və azadlıqsevərlikdə tanınıblar və öz dinlərini kommunistlərin 70 illik boyunduruğundan azad edə biliblər. Bu günləri xalqın bir hissəsi dövlət başçılarının qərəzli siyasətləri üzündən öz gündəlik dolanışıqlarının çıxmasına düçar olublar və gizli qıtlıqda qərq olublar. Digər bir hissəsi də camaatın başına gətirilən bəlalardan, asanlıqla onları müxtəlif əsassız böhtanlarla uzun müddətli həbslərə salınmasından qorxublar. Bu da diktatorluğun "xalq dövlətin gücündən qorxduğu üçün ona itaət etməsi" tərifində özünə yer tutub və bu gün dünyada olan diktatorluğun ən bariz nümunələrindən biridir.

5. Azərbaycan Respublikasında nə İlham Əliyevin başçılıq etdiyi dövlət heyətinin, nə də heç bir nazirin İ. Əliyevin şəxsən icazəsi olmadan öz nəzərini bildirmək haqqı yoxdur. Hətta parlament belə prezidentin nəzarəti altındadır və bu ölkə deputatları azacıq müstəqil rəyləri olmadan Əliyevin diktatorluq hakimiyyətinin davamı üçün lazım olan qanunu təsdiq edirlər. Bunun da aşkar nümunələrində biri ölkənin konstitusiyasındakı bir nəfərin iki dəfədən artıq seçilməmə qanunun dəyişdirilməsidir.

6. Müasir dünyada terrorun müxtəlif variant və formaları var. Sui-qəsddən tutmuş, bir qrup, ailə və şəxsi baykot etmək, hərəkat rəhbərlərini uzunmüddətli həbsə salmağa kimi hamısını terrorun nümunələrindən bilmək olar. AİP sədrinə qarşı narkotik maddələr, silah-sursat saxlaması kimi gülünc ittihamlar vurmaq və onu uzunmüddətli həbsə salmaq, həmçinin Hacı Abgül, Hacı Tale kimi ölkənin fəal islamçılarını həbs etmək, onlara qarşı sifarişli məhkəmə keçirmək, bəzi fəalları isə istər hökumət zindanlarında olsun, istərsə də zindandan qıraqda terror edərək şəhadətə yetirmək kimi hərəkətləri insanları səhnədən silmək adlandırmaq olar.

Bunlar və bunlar kimi yüzlərlə nümunələr Azərbaycan Respublikasındakı acı həqiqətləri göstərmək üçün daha artıq fürsət tələb edir”.

Geri qayıt