Əsas Səhifə > Cəmiyyət, Manşet > 27 SİYASİ MƏHBUS BURAXILA BİLƏR

27 SİYASİ MƏHBUS BURAXILA BİLƏR


8-12-2011, 17:17
27 SİYASİ MƏHBUS BURAXILA BİLƏR

ƏFV KOMİSSİYASININ SİYAHISI DİA.AZ-DA!!!

DİA.AZ: - PA rəsmisi Əli Həsənov da təsdiqlədi ki, artıq prezident yanında əfv komissiyası fəaliyyətə başlayıb və 31 Dekyabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı imzalanacaq əfv fərmanının tədarükü ilə məşğuldurlar.

Bu arada isə redaksiyamıza əfv komissiyasının müzakirəyə çıxardığı siyahılardan biri təqdim olunub. Siyahını təqdim edən mənbə bildirir ki, toplam 4 siyahı müzakirədədir və redaksiyamıza təqdim olunan 4-cü siyahı son olaraq həbs olunan və adları beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi hallandırılan şəxsləri də özündə ehtiva edir.

Həmin siyahını olduğu kimi diqqətinizə çatdırırıq və bildiririk ki, hələlik bu qərar deyil. Sadəcə olaraq bu şəxslərin hər birinin azadlığa çıxma şansı var.

1. Arif Hacılı - Müsavat Partiyası İcra Aparatının rəhbəri,
2. Fuad Qəhrəmanlı - AXCP sədrinin müavini,
3. Tural Abbaslı - Müsavat Partiyası Gənclər Təşkilatının sədri,
4. Məhəmməd Məcidli - AXCP-nin şöbə müdiri,
5. Arif Alışlı - AXCP üzvü,
6. Elnur İsrəfilov - bitərəf,
7. Zülfüqar Eyvazlı - AXCP üzvü,
8. Sahib Kərimov - AXCP sədrinin müşaviri,
9. Babək Həsənov - AXCP üzvü,
10. Elşən Həsənov - Müsavat üzvü,
11. Azər Cəbiyev - ruhani;
12. Həsən Məmmədov - ilahiyyatçı;
13. Fəxri İlyasov - ruhani;
14. İlqar Musayev - ruhani;
15. Mövsüm Səmədov - Azərbaycan İslam Partiyasının (AİP) lideri;
16. Rufulla Axundzadə - AİP Astara rayon təşkilatının sədri;
17. Vaqif Abdullayev - AİP sədrinin müavini;
18. Fəramiz Abbasov - Ruhani;
19. Firdovsi Məmmədrzayev - Mövsüm Səmədovun qayını;
20. Dəyanət Səmədov - Mövsüm Səmədovun əmisi oğlu;
21. Araz İsmayılov - hicab məhbusu;
22. Nurani Məmmədov - hicab məhbusu;
23. Rüfət Miriyev - hicab məhbusu;
24. Mais Abdullayev - hicab məhbusu;
25. Rəşad Vəliquliyev - hicab məhbusu;
26. Tərlan İsmayılov - hicab məhbusu;
27. Ruslan Bəşirli – Yeni Fikir Gənclər Hərəkatının sədri.


Geri qayıt