Əsas Səhifə > Ölkə, Manşet > İRAN BİR GÜNƏ ATƏŞKƏSİ POZDU

İRAN BİR GÜNƏ ATƏŞKƏSİ POZDU


8-12-2011, 15:39
İRAN BİR GÜNƏ ATƏŞKƏSİ POZDU

FARS-MOLLA REJİMİ YENƏ DƏ ÜZƏRİMİZƏ GƏLİR

DİA.AZ: - Prezident Administrasiyası rəsmisi Əli Həsənovun Azərbaycan dövləti adından İranda əldə etdiyi anlaşmanın mürəkkəbi qurumamış fars-molla rejiminə aid təbliğat vasitələrində ölkəmizə qarşı hücumlar yenə də şiddətlənib. Bu barədə olan qənaətləri bu gün səhərdən etibarən apardığımız müşahidələr də təsdiqləyir.

Belə ki, hakimiyyətin, Azərbaycan dövlətinin və Azərbaycan xalqının ünvanına yenidən təhqiredici ifadələrin yer aldığı materiallar yenidən İrana aid portallarda yer almağa başlayıb. Cəmi bir günlük aradan sonra bu hal yaranıb. Bu isə o deməkdir ki, rəsmi Tehran Əli Həsənovu oyalayıb və münasibətlər yenə də əvvəlki gərgin tepmdə cərəyan edəcək.

Həmin antiAzərbaycan ruhlu materiallardan birini «arnnyus» xəbər portalına istinadən diqqətinizə çatdırırıq. Burada söhbət bir qrup öyrədilmiş təbrizli tələbənin aksiyasından gedir:

“Təbriz tələbələri 40 metrlik bir müraciət imzalayaraq Azərbaycan Respublikasında islamofob qanunlara qarşı etirazlarını elan ediblər.

Aran Agentliyinin məlumatına əsasən, Təbrizin Tibb, Pəyam Nur, Tərbiyət Müəllim, Sənəti Səhənd, İslami incəsənət və Azad Universitetləri ilə bərabər digər ali təhsil ocaqları şəhərin Saat meydanına toplaşıblar. Onlar dünən Aşura gününün zöhr namazından sonra əzadar xalqla bərabər 40 metrlik etiraz məktubu imzalayaraq Azərbaycan Respublikasının dindar xalqına olan əziyyətlər, həbslər, işgəncələri və islama zidd olan qanunları pisləyiblər.

Bu məktubda deyilir: Bizim Azərbaycan Respublikasında ölkənin əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq uzun illərdir ki, hakimiyyət müsəlmanlara əzab-əziyyət verir, onları işgəncələrə məruz qoyur, islama zidd olan qərarlar çıxarır. Onlar Amerika və sionist rejimlə birgə islam ümməti arasında təfriqəçilik təbliğatlarını icraya qoyurlar.

Biz isə islam ümmətinin bir üzvü kimi ölkənizin sizə rəva bildiyi əzab və zülmlərinə görə narahatıq və sizin düşmənlərə qələbəniz üçün dua edirik.

Məktubun davamında deyilir: Bizim əziz bacı-qardaşlarımız, zülmkar Yəzid hökuməti əleyhinə İmam Hüseyn (ə) və onun vəfalı silahdaşlarının qiyamı bizim üçün höccəti tamamladı. Aşura qəhrəmanlarının məzlumcasına şəhadəti bizə islam hökmləri qarşısında möhkəm dayanmağı öyrətdi. İmam Hüseyn (ə) bizə tək-tənha qaldığımızda yenə də iman və cihada arxalanmaqla ən güclü düşmənlə belə qarşılaşmağı öyrətdi.

Təbriz tələbələrinin yazdığı 40 metrlik məktubda daha sonra deyilir: Elə buna görə də sizdən hakimiyyətin dinə qarşı tədbirlərinə müqavimət silahını heç vaxt yerə qoymamanızı istəyir, sizi Allah Taalanın verdiyi vədə imanlı olmağa dəvət edirik.

Vəssəlam

Sizin Təbrizli baci-qardaşlarınız”


Geri qayıt