Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: ÖLKƏDƏN 120 MİLYON DOLLARI ÇIXARIBLAR

ŞOK: ÖLKƏDƏN 120 MİLYON DOLLARI ÇIXARIBLAR


3-05-2013, 14:35
ŞOK: ÖLKƏDƏN 120 MİLYON DOLLARI ÇIXARIBLAR
MƏMURLARIMIZDAN BİRİ HƏBS TƏHLÜKƏSİ YAŞAYIR

DİA.AZ: - Redaksiyamıza məmurlardan birinin yaxını ilginc bir xəbər verib. Bildirək ki, son günlər bəzi məmurların ölkə xaricinə yüklü miqdarda pul çıxarmaları haqda xəbərlər yayılıb. Hətta az əvvəl yerli xəbər portallarının birində iri həcmli bank əməliyyatlarına qadağanın qoyulması xəbəri də yayıldı.

DİA.AZ-a danışan məmur yaxını bütün bu deyilənləri təsdiqləməklə yanaşı, ilginc bir faktı da açıqlayıb. Mənbənin söylədikləri:

«Söhbət təxminən 120 milyon ABŞ dollarından gedir. Bu qədər vəsaitin bir hisəsi bank yolu ilə, bir hissəsi nağd şəkildə, bir hissəsi də qızıl-zinət əşyalarına çevrilərək Azərbaycandan çıxarılıb. Əməliyyat təxminən 3 ay ərzində həyata keçirilib».

Mənbə iddia edir ki, həmin məmur hazırda vəzifə başında olsa da, onun görəvdən alınması ehtimalı var: «Hətta ailə üzvlərini də Azərbaycandan çıxarıb. Çünki onun həbsi məsələsi də gündəmdədir».

Bildirək ki, bu günlərdə KİV-lərimiz 2005-ci ilin 17 oktyabr hadisələrinin təkrarlanma ehtimalını irəli sürərək bildirmişdilər ki, nüfuzlu məmurlardan biri Əli İnsanovla Fərhad Əliyevin aqibətini yaşaya bilər.

Geri qayıt