Əsas Səhifə > Ölkə, Manşet > MOLLA NAMİZƏD AZƏRBAYCANI İSRAİLƏ BAĞLADI

MOLLA NAMİZƏD AZƏRBAYCANI İSRAİLƏ BAĞLADI


3-05-2013, 12:31
MOLLA NAMİZƏD AZƏRBAYCANI İSRAİLƏ BAĞLADI
RAMİZ MEHDİYEVİN İRAN SƏFƏRİ DƏ TƏSİRSİZ OLDU

DİA.AZ: - Fras-molla rejiminin antiAzərbaycan fəaliyyəti davam edir. Hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İran səfəri də bu təbliğatın durdurulmasına nədən ola bilmədi. Bir yandan da AMEA-nın işçisi Xalidə Xalidin həbsi PA şefinin Tehranda anlaşa bilməməsinin sübutu kimi qəbul edilməkdədir.

DİA.AZ bildirir ki, artıq Azərbaycana qarşı həqarət etmək İranda prezidentliyə namizədlər üçün də bir ənənəyə, seçkiqabağı təşviqat predmetinə çevrilib. Bununla bağlı DİA.AZ olaraq “AranNews” portalında yer almış məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

“Təbriz Universitetində çıxış edən prezidentliyə namizəd Purməhəmmədi Azərbaycan Respublikası barədə verilən sualı cavablandırarkən deyib: "İran İslam Respublikası həmişə qonşu ölkələrlə münasibətlərin genişlənməsi siyasətini öndə tutmuşdur və bütün qonşuları ilə dostluq əlaqələrinin qurulmasının tərəfdarıdır".

O artırıb: "Azərbaycan Respublikası İran İslam Respublikasının milli maraqlarının əksi yolunda hərəkət edir".

"Azərbaycan Respublikası İranın və İslamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyik ki, sionistlərin tələsindən çıxsınlar"-deyə Purməhəmmədi vurğulayıb”.

Geri qayıt