Əsas Səhifə > Hadisə, Manşet > HÖKUMƏTİN MAAŞ ARTIMI MAXİNASİYASI

HÖKUMƏTİN MAAŞ ARTIMI MAXİNASİYASI


8-12-2011, 15:22
HÖKUMƏTİN MAAŞ ARTIMI MAXİNASİYASI

ƏMƏKHAQQININ 10% ARTIRILMASININ PƏRDƏARXASI TƏRƏFLƏRİ

DİA.AZ: - Minimum əməkhaqı və müəllimlərin məvaciblərinin ardınca səhiyyə işçilərinin də əməkhaqları 10 faiz artırıldı. Xatırladaq ki, artıma qədər səhiyyə işçilərinin orta aylıq əməkhaqları 159.7-200 manat, müəllimlərin isə 247.5 manat təşkil edirdi.

Əslində hökumət nümayəndələrinin şişirtdiyi kimi fövqəladə bir hadisə baş verməyib. Əməkhaqqı artımlarının ilin əvvəlindən proqnozlaşdırılırdı. Lakin bəlli olmayan səbəblərdən artım yubadıldı. Güman edilirdi ki, gecikmə həmin ərəfədə 2006-cı ilin yanvar ayının 1-nə qədər pensiyaya çıxanların təqaüdlərinin yenidən hesablanması prosesi ilə bağlıdır. Belə ki, 2011-ci ilin yayında əsas diqqət pensiya sistemində islahatlara yönəldilmişdi. Əməkhaqqı artımları 2011-ci ilin növbəti aylarında rəsmi, qeyri-rəsmi səviyyədə gündəmə gətirilsə də buna gedilmədi. Son artım qərarı dekabrda verildiyindən adi qərar kimi dəyərləndirilməməlidir. İstər Azərbaycanda, isərtsə də digər ölkələrdə nadir hallarda ilin sonuncu ayında belə qərar verilir.

Neftin dünya bazar qiymətinin qalxması, eləcə də dövlət büdcəsinə əlavə dəyişiklərin olunması hökuməti çıxılmaz vəziyyətə qoyub. Neftin qiymətinin artımı artıq vəsaitin ilin sonuna qədər xərclənməsi məsələsini gündəmə gətirib. Digər tərəfdən dekabr ayında əməkhaqqı artımlarına getməklə artımın yükü daha çox 2012-ci ilin büdcəsi üzərinə qoyuldu. Belə ki, 2012-ci ilin büdcəsində onsuz da ciddi əməkhaqqı və pensiya artımları proqnozlaşdırılmayıb. 2011-ci illə müqayisədə sosial müdafiə-təminat xərclərində 169,8 milyon manat artım baş verib. Büdcədə sözügedən xərclərin payı cəmi 10 faiz təşkil edir.

Son əməkhaqqı artımlarının 10 faizlə ifadə edilməsinə gəlincə istər müəllimlər, istərsə də həkimlər az məvacib alan kateqoriya hesab edilirlər. Artımlar spesifik sektorları əhatə etdiyindən daha yüksək faizlə ifadə edilməsi mümkün idi. Əməkhaqqı artımlarının 10 və ya 20 faiz təşkil etməsi istehlak bazarı üçün əhəmiyyətli hesab edilmir. Bu kateqoriya işçilərin istehlak bazarına və ya bazardakı qiymətlərin artımına təsir imkanları kifayət qədər məhduddur. Çünki hər iki sferada çalışanların məvacibləri ölkə üzrə orta aylıq əməkhaqqlarından aşağıdır.


Geri qayıt