Əsas Səhifə > Partiya > İSA QƏMBƏR MƏSULİYYƏTİ GÖTÜRDÜ

İSA QƏMBƏR MƏSULİYYƏTİ GÖTÜRDÜ


23-09-2011, 15:28
İSA QƏMBƏR MƏSULİYYƏTİ GÖTÜRDÜ

MÜSAVAT BAŞQANI 2 APREL AKSİYASINI ÜSTƏLƏNDİ

Sentyabrın 23-də 2 aprel aksiyasında tutulanlardan dördü – Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının məhkəməsində Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ifadə verib.

İsa Qəmbər məhkəmə prosesini «sifarişli» adlandırıb. O, mitinqin məsuliyyətini də öz üzərinə götürüb:

«2 aprel mitinqinin mütləq bir təşkilatçısı, mitinqin məsuliyyətini öz üzərinə götürəcək bir şəxs varsa, hesab edin ki, o, mənəm. Mən, İsa Qəmbər 2 aprel mitinqinin keçirilməsinin məsuliyyətini öz üzərimə götürməyə hazıram».

İsa Qəmbər deyib ki, izlədiyi videogörüntülərdən 2 aprel mitinqində zorakılığın həbsdə olanlar tərəfindən yox, polis tərəfindən baş verdiyinin şahidi olub. Ancaq istintaq orqanı əmlaklara əsl zərər vuranları gizlədərək İctimai Palatanın üzvlərini həbs ediblər.

AXCP sədri Əli Kərimli isə deyib ki, İctimai Palata hakimiyyətə qarşı bir sıra tələblər irəli sürüb. Hakimiyyətdən tələblərə reaksiya olmayınca, İctimai Palata bu tələbləri kütləvi aksiyalar vasitəsilə səsləndirmək qərarına gəlib:

«Hakimiyyət də bu mitinqdən müxalifətə qarşı repressiya kimi istifadə etdi».

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.


Geri qayıt