Əsas Səhifə > Partiya > FOTOREPORTYOR ŞAHİD İFADƏSİ VERDİ

FOTOREPORTYOR ŞAHİD İFADƏSİ VERDİ


3-05-2013, 12:23
FOTOREPORTYOR ŞAHİD İFADƏSİ VERDİ
"NİDA"ÇILARIN İŞİ İLƏ BAĞLI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun fotoreportyoru Mehman Hüseynov mayın 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. “Media forum” saytına açıqlamasında Mehman Hüseynov deyib ki, dindirmə vəkil Elçin Sadıqovun iştirakı ilə baş tutub : “Nida”çıların işi ilə bağlı şahid ifadəsi verdim. İstintaq sirri olduğu üçün detalları açıqlaya bilmərəm”.

“Nida”çılar Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. Rəsmi məlumatda gənclərin üçünün evindən “Molotov kokteyli” tapıldığı iddia olunub.

Geri qayıt