Əsas Səhifə > Sosial, Manşet > SABİRABADIN İCRA BAŞÇISINDAN UNİKAL QADAĞA

SABİRABADIN İCRA BAŞÇISINDAN UNİKAL QADAĞA


3-05-2013, 11:59
SABİRABADIN İCRA BAŞÇISINDAN UNİKAL QADAĞA
ŞOK: MÜXALİFƏTÇİLƏRƏ SALAM VERƏN MƏMURLAR DA CƏZALANDIRILACAQ

Azərbaycanda müxalifətçilərə olan münasibət, daha doğrusu, hakimiyyət dairələrinin göstərdiyi münasibət sözdə «demokratiyaya» əsaslansa da, əməldə tam tərsidir. Sabirabadda isə məsələ ümumiyyətlə, cığırından çıxıb.

DİA.AZ bildirir ki, bu barədə "tia.az" saytı xəbər yayıb. Portal sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, rayonun icra başçısı Nazim İsmayılov yeni qaydalar tətbiq edib və konkret göstəriş verib. Belə ki, icra başçısının yeni qaydalarına əsasən büdcə təşkilatlarında çalışan şəxslər müxalifətçilərə salam belə verərlərsə, işdən çıxarılacaqlar. Bu məmurlar üçün bir qədər başqa formadadır. Çünki onlar müxalifətçilərlə hər hansı bir şəkildə təmas quracaqları təqdirdə, nəinki işlərini itirməli olacaqlar, hətta həbsləri belə mümkündür.

Doğrusu, belə qaydanın heç bir rayonda müşahidə olunduğu diqqəti çəkməyib. Görünən odur ki, Nazim İsmayılov Gestapo qaydaları ilə işləməyi sevir.

Geri qayıt