Əsas Səhifə > Gündəm, Manşet > QAÇQIN AİLƏLƏRİNİN OBYEKTLƏRİ İNDİ DƏ İŞIQSIZ QALIB

QAÇQIN AİLƏLƏRİNİN OBYEKTLƏRİ İNDİ DƏ İŞIQSIZ QALIB


3-05-2013, 11:29
QAÇQIN AİLƏLƏRİNİN OBYEKTLƏRİ İNDİ DƏ İŞIQSIZ QALIB
«QAÇQINKOM» PUL ÖDƏNİŞİNİ DAYANDIRIB, BDU DA ÖDƏMƏK İSTƏMİR

DİA.AZ: - Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış məcburi köçkün ailələri neçə müddətdir ki, Müşfiqabad qəsəbəsində onlar üçün tikilmiş yeni ünvana köçürülməkdədir. Artıq bu köçhəköç prosesi başa çatmaq üzərədir. Bu barədə DİA.AZ-a qaçqın ailələri adından edilən müraciətdə deyilir.

Müraciət müəllifləri bildirir ki, cəmi 7-8 ailə qalıb ki, onlar da yaxın günlərdə göçürücək. Amma onları narahat edən tamam fərqli məsələdir. Müraciətdə deyilir: «Yataqxanalarının ərazisindəki obyektlərin fəaliyyəti də məcburi qaydada dayandırılır. Halbuki obyektlərin fəaliyyət göstərməsi üçün heç bir problem olmamalı idi. Çünki hələ də neçə ailə buradan dolanışığını təmin edir».

Qeyd edək ki, müraciətə əsasən DİA.AZ əməkdaşları ərazidə də olublar. Adının çəkilməsini arzulamayan obyekt sahiblərindən biri bildirdi ki, onun işlətdiyi çayxanadan 7 ailə dolanışığını təmin edir: «Bizimlə aparılan danışıqlar zamanı ilk əvvəl razılaşdıq ki, yataqxanalar sökülənə qədər obyektimiz işləyəcək. Yəni bu da 4-5 aylıq müddət edir. Amma iki gündür ki, işığımızı kəsiblər və bu şəraitdə də çayxananı işlətmək mümkün deyil».

Obyekt sahibi bildirir ki, əvvəllər elektrik enerjisinə görə pulu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ödəyirdi: «İndi köçhəköç səbəbindən «Qaçqınkom» pulu ödəməkdən imtina edib. Ərazinin sahibi olan Bakı Dövlət Universitet idə pulu qarşılamaq niyyətində deyil. Biz öz tərəfimizdən işıqpulunu ödəməyə razı olduğumuzu bildirsək də, bizi tərəf kimi qəbul etmirlər. Hələ də neçə ailə yataqxanalarda qalır.

Amma buna baxmayaraq, obyektlərimiz işıqların kəsilməsi səbəbindən işləmir. Bu da bizim dolanışığımızı sual altında qoyur. Əlaqədar təşkilatlardan xahiş edirik ki, heç olmasa, bir neçə ay ərzində işləməyimizə şərait yaratsınlar».

Geri qayıt