Əsas Səhifə > Güney Press, Araşdırma > KƏLBƏCƏR TƏHSİLİNDƏ DAHA BİR SAXTAKARLIQ

KƏLBƏCƏR TƏHSİLİNDƏ DAHA BİR SAXTAKARLIQ


3-05-2013, 10:33
KƏLBƏCƏR TƏHSİLİNDƏ DAHA BİR SAXTAKARLIQ
AXTARIŞDA OLAN SAXTA DİPLOMLU ŞƏXS MƏKTƏB DİREKTORUDUR

Son zamanlar Kəlbəcər Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovun korrupsiya əməlləri və digər qanunsuzluqları ilə bağlı davamlı olaraq, mətbuatda yazıar dərc edilir. Bu gün saytımıza təhsil şöbəsi müdirinin daha bir qanunsuz əməli barədə fakt təqdim edilib. Bir qrup Kəlbəcər sakininin adından göndərilən məktubda hazırda Kəlbəcər rayon Təhsil Şöbəsinin Yevlax rayonunda sənəd üzərində olan “Papka” 97 saylı məktəbinə direktorluq edən Ceyhun Abdullayevin Təhsil Nazirliyinin nomenkulaturasindan kənar testdən keçməyən 15-ə yaxın müəllimi işə qəbul etdiyi bildirilir."Adı çəkilən məktəbin şagird kontigenti hesabat üzrə demək olar ki, tam əksi subut edir. 97 saylı məktəbdə evdə xəstə uşaqların dərs keçirlməsini fantastik dərəcədə şişirtməklə 3 nəfər həkim sənədləri olan şagird siyahısını 10 nəfərə çatdırmışdır.

Ümmuyətlə, adıçəkilən məktəbdə dərs keçirilməsi demək olar ki, kağız üzərində qurulmaqla dövlətin köçkün rayona ayırmış olduğu büdcə vəsaiti talanır. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına qəbul üçün sənəd verməyən Ceyhun Salman oğlu Abdullayev Gəncə Müəllimlər İnstitutunun saxta diplomu ilə direktorluq edir. Daşkəsən Rayon Məhkəməsinin (hakim M.Hüseynov) 17 iyun 2010-cu il tarixli 2(030)-98/2010 nömrəli və Gəncə Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kоllegiyasının 2(104)-749/2010 №li 24.09.2010-ci il tarixli qətnamələrində Daşkəsən rayonu Quşçu kəndinin inzibati ərazisinə aid olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən və iddiaçı Qasımov Rüfət Aydın oğlunun mülkiyyətində olan 0,06 ha torpaq sahəsini Ceyhun Salman oğlu Abdullayev cavabdehlər Sarıyev Hakim Nədirxan oğlu və Sarıyeva Pərzad Hakim qızı, habelə P.Sarıyevanın uşaqlarına 4000 manata satmışdır.Cavabdeh hər iki instansiya məhkəməsində torpaq sahəsini Kəlbəcərli Ceyhun adlı şəxsdən 4000 manat ödəməklə aldığını bildirmişdir. Ceyhun Abdullayev isə torpağı onların adına sənədləşdirəcəyinə söz versə də nəticədə Kəlbəcərli köçkün, 2 uşaq anası torpaq sahəsi əlindən alınaraq tikdiyi ev də sökülmüşdür. Məcburi köçkün P.Sarıyeva Ceyhun Abdullayevdən Gəncə Baş Polis İdarəsinə eləcə də Nizami rayon polis idarəsinə ərizə ilə müraciətindən sonra onun barəsində vətəndaşları aldadıb, etibarından sui-istifadə edib maddi ziyan vurduğuna görə cinayət işi qaldırılıb.
Gəncə polisi Ceyhun Abdullayevin İstintaqdan yayındığına, görə onun barəsində axtarış qərarıda qəbul edilib.
Sakinlər eyni zamanda Kəlbəcər TŞ-nin anbardarı Mehdiyev Elburus Aydın oğlu hərbirinin qiyməti 14 min manat olan Labarotor avadanlıqlarını,80 min manata yaxın yumşaq mebel dəstini , kustar üsulla düzəldilən 100 min manatdan çox parta əməliyyatına və sair inventar əməliyyatına imza ataraq külli miqdar yeyintiyə yol verdiyini də bildirirlər.

Geri qayıt