Əsas Səhifə > Dünya > MERİ VURMAQ İSTƏDİ, 12 YAŞLI QIZA DƏYDİ

MERİ VURMAQ İSTƏDİ, 12 YAŞLI QIZA DƏYDİ


3-05-2013, 10:16
MERİ VURMAQ İSTƏDİ, 12 YAŞLI QIZA DƏYDİ
FaktXəbər-in verdiyi məlumata görə, Yunanıstanda ultra sağçı «Qızıl dan» partiyasının deputatının Afina merinə hədəflədiyi yumruq, cangüdənin cəld tərpənərək siyasətçini kənara çəkməsindən sonra 12 yaşlı qıza əyir.

Bundan əvvəl mer Yorqos Kaminis neonasistlərə şəhər mərkəzində yemək paylamağı qadağan etmişdi.

Kamines aksiyanı «nifrətin səhra mətbəxi»adlandırırdı. Çünki partiya nümayəndələri yeməyi ancaq etnik yunanlara verirdi.

Qeyd edək ki, «Qızıl dan» ötən il ölkədə ictimai narazılıqların artması və dərin maliyyə böhranı fonunda parlament seçkilərində yer almışdı. Partiya üzvləri dəfələrlə miqrantlara qarşı zorakılıqda ittiham olunub.

Geri qayıt