Əsas Səhifə > Şou-biznes > MEYXANADA YENİ QRUPLAŞMA

MEYXANADA YENİ QRUPLAŞMA


3-05-2013, 09:55
MEYXANADA YENİ QRUPLAŞMA
NAMİQ QARAÇUXURLU KİMƏ GÜLDÜ?

Meyxana aləmində yeni qruplaşma - Namiq, İntiqam və Ehtiram.

Hər həftə Lider TV-nin efirində maraqla izlənən, rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu, montajçısı Əsgər Ağayev olan "Rəngarəng" verilişinin qonağı bu dəfə meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşları oldu. "Ты кто такой, давай, до свидания” meyxanası ilə böyük səs-küy yaradan, nəinki Azərbaycanda, Azərbaycandan kənarda da tanınan və sevilən meyxanaçıların çəklişində bir çox maraqlı anlar yaşandı. Şəxsi həyatları barədə az-az danışan Rüstəmovlar Sumqayıt şəhərində yerləşən evlərinin qapısını verilişin aparıcısı Zaur Nəbioğlunun üzünə açdılar.

İntiqam və Ehtiram barədə ataları, hər ikisinin övladları, meyxanaçı Namiq Qaraçuxurlu və müğənni Elnur Məmmədov danışdılar.

Qardaşların dinlədiyi meyxanaçı kimdir?

Məşhur meyxanaçıların atası övladlarına qoşulub meyxana dedimi?

Qardaşlar arasında ən çox bəxti gətirən kimdir?

Rüstəmovların sözü nəyin üstündə çəp gəlir?

İntiqamın oğlu Rüstəmə edəcəyi bahalı hədiyyə nədi?

Namiq Qaraçuxurlu son zamanlar kimin atdığı addımı gülünc vəziyyət saydı?

Rüstəmov qardaşlarının 12 il əvvəl çəkilən hansı görüntüləri ilk dəfə "Rəngarəng"də yayımlanacaq?

Bu və digər suallara cavab tapmaq istəyirsizsə, bu gün 21:00 da Lider TV-də "Rəngarəng"ə baxmağı unutmayın.

Xatırladaq ki, verilişin informasiya dəstəyi Milli.Az-dır.

Geri qayıt