Əsas Səhifə > Gündəm, Manşet > HACIBALA ABATULIBOVUN YOL BİZNESİ

HACIBALA ABATULIBOVUN YOL BİZNESİ


8-12-2011, 15:02
HACIBALA ABATULIBOVUN YOL BİZNESİ

XOCAHƏSƏNDƏKİ DƏHŞƏTLİ MƏNZƏRƏ 10 MİLYON MANATIN TALEYİNƏ KÖLGƏ SALIR

DİA.AZ: - Bakıda yolların acınacaqlı durumu ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Elə bu gün də redaksiyamıza Binəqədi sakinlərinin imzası ilə şikayət məktubu daxil olub.

«Dünya» İnformasiya Agentliyinə edilən müraciətlərdən aydın olur ki, hətta prezidentin göstərişləri belə Xocəhəsən qəsəbəsində keçərli deyil. Bu barədə sakinlər yazır:

«Prezidentin qəsəbələrin və qəsəbədaxili yolların təmir edilməsi ilə bağlı sərəncamından sonra Xocahəsən qəsəbəsində də yol çəkməyə başladılar. Biz saknlər də sevindik. Amma sevincimiz uzun sürmədi. Belə ki, yolun cəmi 50-60 faizini qırladıqdan sonra yolçəkənlər bütün texinkalarını da götürüb ərazini tərk etdilər. Səbəbini soruşduqda isə bizə çox maraqlı cavab verdilər: BUNDAN DA VACİB YOL VAR».

Sakinlər bildirir ki, beləcə yolçəkənlər gedərək vəd də veriblər ki, geri dönəcəklər: «Elə o gedən də gediblər. Bu günə kimi onlardan bir xəbər yoxdur».

HACIBALA ABATULIBOVUN YOL BİZNESİ

Qəsəbə sakinləri bildirir ki, qarşıdan qarlı-yağışlı qış gəlir: «Yağıntılardan yollarımız daha da bərbad hala düşüb. Biz bir yana, bu qədər çəkdikləri xərcə heyifləri gəlmir?»

Biz də sainlərin yazdıqlarını örynəmkə məqsədilə Xocahəsən ərazisində olduqo. Və gözlərimizlə gördüklərimiz durumun daha da acınacaqlı olduğunu təsdiqlədi. Sakinlər hələ az yazmışdılar. Hər halda, qəsəbə içində hərəkət etmək üçün maşınlar aciz qalır, adam qayıq ehtiyacını hiss edir.

HACIBALA ABATULIBOVUN YOL BİZNESİ
HACIBALA ABATULIBOVUN YOL BİZNESİ

Sakinlərlə də görüşdük. Onlar bildirdilər ki, mərkəzi yollar təmir olunsa da, ara yollar aınacaqlı durumdadır. Sanki burada insan yaşamır.

Qeyd edək ki, ölkə başçısı İlham Əiyevin 2011-ci il 11 mart tarixli sərəncamında bildirilir ki, Bakı şəhəri ərazisindəki qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmiri üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılsın. Sərəncamda o da nəzərdə tutulur ki, vəsaitin maliyyələşdirilməsi müəyyən olunmuş qaydada Maliyyə Nazirliyinə tapşırılsın.

Buradan isə bir nəticə çıxır ki, əslində Maliyyə Nazirliyindən müvafiq vəsait Bakı Şəhər İcra hakimiyyətinə ayrılıb. Amma həmin vəsait kimlər tərəfidənsə mənimsənilib. Hər halda, Xocahəsəndə gördüyümüz mənzərə belə deməyə əsas yaradır. Çünki inandırıcı deyil ki, sakinlərə «Daha vacib yollar var, sonra qayıdacağıq» deyən Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsinin əməkdaşları yenidən Xocahəsənə qayıtsınlar. Əsas olanı büdcədən ayrılan vəsaitin yeyilməsinin rəsmiləşməsi idi.

HACIBALA ABATULIBOVUN YOL BİZNESİ

Onu da qeyd edək ki, bizimlə söhbətində qəsəbə sakinləri prezident İlham Əiyevdən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan kömək umduqlarını da dilə gətirdilər. Artıq sakinlər bu məqsədlə ali dövlət qurumlarına müraciət etdiklərini də bildirdilər.

Mövzu diqqətimizdədir.


Geri qayıt