Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEVİN TƏHLÜKƏLİ QAZI 2 GÜNƏ 8 CAN ALDI
RÖVNƏQ ABDULLAYEVİN TƏHLÜKƏLİ QAZI 2 GÜNƏ 8 CAN ALDI8-12-2011, 14:17 |
ARDNŞ EVLƏRƏ VERİLƏN QAZIN TƏRKİBİNƏ NİYƏ NƏZARƏT ETMİR? DİA.AZ: - Son iki gün ərzində 8 nəfər dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 7-də Sumqayıt şəhər sakinləri Ziba Ağayeva, Yunis Yusubov, Əfsanə Məmmədəliyeva və qızı Aysu, Gəncə şəhər sakinləri Jalə Nəsibova, Cavad Bağırov dəm qazından zəhərləniblər. Məlumata görə, dekabrın 8-də Novxanı bağlar yaşayış sahəsindəki evlərdən birində yaşayan Günay Allahverdiyeva, Sumqayıt şəhər sakini Sürəyya Həsənova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər. Onu da bildirək ki, dəm qazından zəhərlənmələrin əgər bir səbəbi qanunsuz qızdırıcılardan əhalinin daha çox istifadə etməsi ilə bağlıdırsa, digər səbəbi də evlərə verilən təbii qazın tərkibinin normativlərə cavab verməməsi ilə bağlıdır. Hər halda, sovet dönəmlərində də insanlarımız təbii qazdan istifadə ediblər. Və hətta əldəqayırma qaz sobalarından da bu zaman istifadə olunub. Amma həmin dönəmlərdə bu qədər itki olmayıb. Bu isə təbii ki, daha çox vətəndaşlara təklif olunan qazın tərkibi ilə bağlı da problemlərin olmasından xəbər verir. Onu da bildirək ki, «Azərqaz» ARDNŞ-in balansına veriləndən sonra bu istiqamətdə vəziyyət daha da bərbadlaşıb. Hər halda Rövnəq Abdullayev bu gün çoxprofilli bir struktura rəhbərlik edir. Eyni zamanda da AFFA da onun nəzarətindədir. Yəqin ki, evlərə verilən qazın tərkibinə nəzarət etməyə vaxtı çatmır. Çünki biz də ARDNŞ prezidentinin məqsədli şəkildə QATİLƏ çevrilməsinə inanmırıq. Əgər belədirsə, yəni həqiqətən də Rövnəq müəllimin bu sahəyə nəzər salmağa vaxtı yoxdursa, o zaman «Azərqaz»a yenidən müstəqillik verilməlidir. Əks halda, itkilərimiz daha da çox olacaq. Çünki qarşıda bizi hələ soyuq qış gözləyir. Geri qayıt |