Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: RUSİYA AYAZ MÜTƏLLİBOVU PREZİDENT EDİR

ŞOK: RUSİYA AYAZ MÜTƏLLİBOVU PREZİDENT EDİR


2-05-2013, 11:50
ŞOK: RUSİYA AYAZ MÜTƏLLİBOVU PREZİDENT EDİR
RÜSTƏM İBRAHİMBƏYOV KEÇİD DÖVRÜNƏ, MÜTƏLLİBOV DÖVLƏTİN BAŞINA

DİA.AZ: - Rusiyanın prezident seçkiləri ərəfəsində Azərbaycana təzyiqlərini artırması faktdır. Elə buna görədir ki, son zamanlar Kremlin ölkəmizə qarşı bir sıra addımları müşahidə olunur. Bununla bağlı DİA.AZ-a maraqlı faktlar ötürülüb.

DİA.AZ-a mötəbər mənbənin verdiyi xəbərdən aydın olur ki, 20 illik həsrətdən sonra Azərbaycana dönüş fürsəti əldə edən keçmiş prezident Ayaz Mütəllibov da Rusiyanın planında yer alıb. Mənbə bildirir ki, keçmiş prezident siyasətlə məşğul olmayağı haqda rəsmi Bakı qarşısında öhdəlik götürsə də, onu Rusiyaya daha sıx tellər bağladığından Kremldən gələn tapşırığa boyun əymək zorundadır.

Mənbəmizin açıqladığı ilginc plan belədir: «Kreml həqiqətən də «Azərbaycanın Reyqanı» adını verdiyi Rüstəm İbrahəimbəyovu keçid dövrü üçün prezident etmək istəyir. Bu keçid dövründən sonra isə Ayaz Mütəllibov prezident kürsüsünə oturdulmalıdır».

Mənbəmiz iddia edir ki, elə buna görə də Ayaz Mütəllibova Bakıda böyük bir qüvvənin yönəldilməsi həvalə edilib. Onun son günlər şübhəli qonaqlarının da çox olduğunu bildirən qaynaq Bakıya qarşı planda Rusiya ilə İranın ortaq hərəkət etdiyini də bildirdi: «Həm İranın və həm də Rusiyanın nəzarəti altında olan qüvvələrin Ayaz Mütəllibovun nəzarətinə verilməsi faktdır. Bu, gizli bir idarəçilikdir. Hətta seçkiqabağı dönəmdə Ayaz Mütəllibovun tərəfdarlarının küçəyə axışacağı da nəzərdə tutulub. Və belə bir rəy də yaradılacaq ki, guya xalq onun qayıdışını istəyir. Bu işdə həm Rusiya mətbuatı və həm də Azərbaycandakı Rusiyapərəst mətbu şəbəkə böyük dəstək verəcək. İranın nəzarətində olan KİV-lərimiz də bu prosesdə əlahiddə mövqedə dayanacaq».

Geri qayıt