Əsas Səhifə > Ölkə > ƏFLATUN AMAŞOVDAN DUYURU

ƏFLATUN AMAŞOVDAN DUYURU


8-12-2011, 13:16
ƏFLATUN AMAŞOVDAN DUYURU

“MƏHKƏMƏYƏ YOX, MƏTBUAT ŞURASINA MÜRACİƏT EDİN”

Mətbuat Şurası cəmiyyəti "reket" jurnalistlərlə mübarizədə diqqətli olmağa çağırıb.

"Əgər hər hansı qəzetdə kiminsə barəsində şər-böhtan xarakterli məlumat gedirsə, Mətbuat Şurasına müraciət etsin, məhkəməyə yox", - Trend-in məlumatına görə, bunu cümə axşamı "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda keçirilən konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Amaşov qeyd edib ki, yaxın günlərdə bir çox KİV-lərdə qəzetlərin "qara siyahı"sı dərc olunacaq.

Mətbuat Şurasının Reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə isə tədbirdə bildirib ki, bu gün Azərbaycanda redaksiyaların durumunun yaxşılaşdırılması ilə bağlı çox işlər görülüb.

"Lakin bəzi hallarda mətbuata aid olmayan insanlar mətbuatın fəaliyyətinə xələl gətirən addımlar atırlar", - Rəhimzadə deyib.

Onun sözlərinə görə, 89 qəzetin adı "qara siyahı"da yer alır. Rəhimzadə bildirib ki, həmin jurnalistlər əsasən büdcə təşkilatlarına üz tuturlar.

"Adı olub fəaliyyəti olmayan qəzetlərin əməkdaşları insanların şərəf və ləyaqətini alçaldan məlumatlar yaymaq istəyirlər. Bəzi hallarda məktəb direktorları "reket" jurnalistlərin təqdim etdikləri saxta diplomları öz kabinetlərindən asırlar", - o deyib.


Geri qayıt