Əsas Səhifə > Hadisə > QAXDA 82 YAŞLI QADIN QAYADAN YIXILDI

QAXDA 82 YAŞLI QADIN QAYADAN YIXILDI


2-05-2013, 10:08
QAXDA 82 YAŞLI QADIN QAYADAN YIXILDI
Qaxda 82 yaşlı qadın qayadan yıxılaraq ölüb.

Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun İlisu kəndində baş verib.

İlisu kənd sakini, 1931-ci il təvəllüdlü Camalova Kəlmət Tahir qızı qayadan yıxılaraq Kürmük çayına düşüb. Bir neçə saat köməksiz qalan Kəlmət Camalova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının və rayon hüquq-mühafizə orqanı əməkdaşlarının səyi nəticəsində K. Camalovanın meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisənin ehtiyatsızlıq baş verdiyi ehtimal edilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt