Əsas Səhifə > Şou-biznes > "BÜTÜN BAXICILARI GƏZDİM"

"BÜTÜN BAXICILARI GƏZDİM"


2-05-2013, 09:35
"BÜTÜN BAXICILARI GƏZDİM"
RÖYA SAMİRİ CADU ETDİRDİ

Milli.Az xəbər verir ki, tanınmış estrada ulduzu Röya Ayxan yaxın dostu və həmkarı Samir Cavadzadənin ondan başqa heç bir müğənni ilə duet oxumamasına özünəməxsus şərh verib.

Əməkdaşımıza açıqlama verən Röya Samiri qısqandığını da etiraf edib: “Bütün baxıcıları gəzdim, cadu etdirdim ki, Samir heç kimlə duet oxumasın (gülür). Heç icazə verərəm ki, “Deyin ona” hitimizin yerini başqa mahnı tutsun?

Bu zarafat olsa da, Samirin dost kimi sadiqliyini xüsusi olaraq vurğulamaq istəyirəm. Biz küsüb-barışa bilərik. Əsas odur ki, münasibətlərimizdəki doğmalıq ikinci plana keçmir”.

Röyanın söylədiklərini təsdiqləyən Samir söz verdi ki, daim yaxın dostunun yanında olacaq.

Geri qayıt