Əsas Səhifə > Ölkə > TAĞI ƏHMƏDOV YALAN DANIŞDI

TAĞI ƏHMƏDOV YALAN DANIŞDI


8-12-2011, 12:50
TAĞI ƏHMƏDOV YALAN DANIŞDI

METROPOLİTEN ŞEFİ DEYƏSƏN, YENİ BAHALAŞMANIN TƏDARÜKÜNÜ GÖRÜR

“Bu gün Bakı metrosu dünyada sərnişinləri ən ucuz daşıyan metrodur”. Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.

Metroda gediş haqqının 20 qəpiyə qaldırılması barədə səslənən fikirlərə münasibət bildirən T. Əhmədov bunları deyib: “Mən hər ay metroda sərnişinlərin daşınmasının necəyə başa gəlməsi barədə məlumat verirəm. Tarif Şurası istədiyi vaxt qiymətləri qaldıra bilər. Mən icraçıyam”.
Metropoliten rəisi Bakı metrosundan gündə 650 min sərnişinin istifadə etdiyini deyib: “Bir sərnişinin daşıması 72 qəpiyə başa gəlir”.

Onu da xatırladaq ki, nəqliyyat nazirliyi də bu yaxınlarda rəqəm açıqlamışdı və bildirilirdi ki, metroda bir sərnişinin daşınması 42 qəpiyə başa gəlir.

İndi kimə inanaq? Hər halda burada Tağı Əhmədvoun yalan danışdığı və növbəti bahalaşma üçün zəmin hazırladığı gün kimi aydındır. Çünki onun yalanını bir neçə gün əvvəl “Azadlıq” radiosuna açıqlama verən öz işçilərindən biri də ortaya çıxarıb.


Geri qayıt