Əsas Səhifə > Dünya > İRAN GÖYƏ RAKET YOLLAYACAQ

İRAN GÖYƏ RAKET YOLLAYACAQ


8-12-2011, 12:45
İRAN GÖYƏ RAKET YOLLAYACAQ

FARS-MOLLA REJİMİ XƏZƏR SAHİLİNDƏ KOSMİK MƏRKƏZ TİKİR

İran Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində Kosmik Tədqiqatlar Mərkəzi təsis edəcək. Bunu İranın Kosmik Agentliyinin rəhbəri Həmid Fazili deyib. Bu barədə İRNA xəbər agentliyi məlumat verir.

Onun sözlərinə görə, Kosmik Tədqiqatlar Mərkəzinin Mazandaranda təsis olunması layihəsinin həyata keçirilməsi sahəsində işlər müvəffəqiyyətlə davam edir.

Fazili layihənin hansı məqsədlərlə həyata keçiriləcəyi barədə açıqlama verməyib.

O, həmçinin yaxın gələcəkdə İranın orbitə üç yeni peyk göndərəcəyini deyib. "2012-ci ilin fevral ayında Kosmik Texnologiyalar Gününə qədər üç yeni peyk - Nəvid, Fəcr və Kavuşgər-5 orbitə göndəriləcək", - Fazili deyib.


Geri qayıt