Əsas Səhifə > Gündəm, Manşet > KƏMALƏDDİN HEYDƏROVUN GİZLİ BİZNESLƏRİ

KƏMALƏDDİN HEYDƏROVUN GİZLİ BİZNESLƏRİ


8-12-2011, 12:33
KƏMALƏDDİN HEYDƏROVUN GİZLİ BİZNESLƏRİ

FHN ŞEFİ BÖYÜK PULLAR UĞRUNDA MÜBARİZƏDƏ HƏM İTİRİR, HƏM DƏ QAZANIR

DİA.AZ: - Hakimiyyətiçi münasibətlər yenidən şiddətlənib. Bu barədə əldə etdiyimiz bilgilərdən belə aydın olur ki, böyük pullar uğrunda savaşa başlayan oliqarx-məmurların rəqabəti əsasən, ayrı-ayrı biznes sahələrinin kontrola alınma cəhdləri ilə müşaiyət olunmaqdadır. «Dünya» İnformasiya Agentliyi redaksiyasına bu barədə danışan hakimiyyət içindəki etibarlı mənbə bildirir ki, son zamanlar əsas olaraq itkiyə uğrayanı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Bu barədə mənbənin söylədikləri: «Kəmaləddin Heydərov dünənə qədər nəzarətində saxladığı gömrük və vergilər sahəsində əməlli-başlı zərbələr alıb. Məsələn, konkret olaraq idxal bazarında onun çox ciddi şərikləri peyda olub. Doğrudur, FHN şefi bir çox idxal malları ilə bağlı əlavə şirkətlər yaradaraq, öz hökmranlığını qorumağa çalışsa da, buna hər zaman müəssər ola bilmir. Bəylər Əyyubov, Ziya Məmmədov və daha bir neçə oliqarx-məmur FHN şefindən çox ciddi paylar qoparmağa nail olublar».

Mənbəmiz bildirir ki, Kəmaləddin Heydərov buna qarşılıq olaraq inşaat sektorunda yerini möhkəmlətməkdədir: «Onun nəzrətində olan tikinti şirkətləri bu gün kifayət qədər qərarlı görünür. Amma buna rəğmən «Paşa» Holdinqin günü gündən öz fəaliyyət sferasını genişləndirməsi, «DİA» Holdinq kimi bir alternativin mövudluğu Kəmaləddin Heydərovu daha çox tikinti materialları bazarına meyllənməsinə nədən olur».

Özünün gömrükdəki nüuzu hesabına idxal olunan tikinti materialları sektorunda kifayət qədər möhkəm görünən Kəmaləddin Heydərovun bu əsnada irili-xırdalı yüzə yaxın şirkəti bayrağı altına aldığını bildiən mənbəmiz bildirir ki, FHN şefi paralel olaraq ərzaq bazarında da ciddi qüvvə hesab olunur: «Hətta o, bu iqtidarı hesabına ölkədə açıq şəkildə ərzaq böhranı yarada bilir. Bu bir faktdır ki, bu gün idxal olunan ərzaq məhsullarının 60 faizi Kəmaləddin Heydərovun nəzarətində olan şirkətlər tərəfindən gətirilir. Bundan əlavə, FHN şefi taxıl və un məhsulları biznesində də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən sonra ikinci yerdə dayanır».

Məlumatlarda o da bildirilir ki, hələlik oliqarx-məmurlar indi tutduqları mövqedə də daimi hesab olunmurlar: «Vəziyyət günbəgün dəyişir. Və başqa yeniliklərin ortaya çıxma ehtimalları da yüksəkdir».

Könül CƏLİLOVA-DİA.AZ

Geri qayıt