Əsas Səhifə > Şou-biznes > RƏQQASƏ FATİMƏNİN MAŞINI YANDI

RƏQQASƏ FATİMƏNİN MAŞINI YANDI


8-12-2011, 12:14
RƏQQASƏ FATİMƏNİN MAŞINI YANDI

HADİSƏDƏ XƏSARƏT ALAN OLMAYIB

Bakıda avtomobil yanıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə bu gün saat 11.30 radələrində “Hyatt Regency” hotelinin yaxınlığındakı körpünün üstündə qeydə alınıb.

Rəqqasə Fatimənin idarə etdiyi “Lexus” markalı, 10 BC 500 dövlət nömrə nişanlı avtomobil qəflətən alışıb. Hadisə yerində yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, rəqqasənin maşınına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


Geri qayıt