Əsas Səhifə > Sosial, Manşet > ASTARANIN BAŞ GÖMRÜKÇÜSÜNÜN HƏBSİNƏ TƏDARÜK

ASTARANIN BAŞ GÖMRÜKÇÜSÜNÜN HƏBSİNƏ TƏDARÜK


1-05-2013, 11:54
ASTARANIN BAŞ GÖMRÜKÇÜSÜNÜN HƏBSİNƏ TƏDARÜK
HİKMƏT MƏMMƏDOVLA BAĞLI İRANDAN AZƏRBAYCANA FAKTLAR ÖTÜRÜLÜB

DİA.AZ: - İranla sərhəddə yerləşən Astara Gömrük Keçid Məntəqəsi bağlanıb. DİA.AZ bildirir ki, bu barədə tia.az-a rayon sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, gömrüyün bağlanılmasının dəqiq səbəbi məlum deyil. Yalnız bilinən odur ki, dünəndən etibarən İrana getmək istəyənləri geri qaytarmağa başlayıblar və Astara Gömrüyünün 3 günlük bağlı olacağı deyilib.

Qeyd edək ki, son dövrlər Astara Gömrük Keçid Məntəqəsi ilə bağlı xeyli sayda şikayətlərin olduğu məlum idi. Hətta burada yaşanan özbaşınalıqların da həddini aşdığı müşahidə edilirdi. Üstəlik, gömrük işçilərinin qaçaq yolla ölkəyə mal keçirilməsinə şəriklik etməsinin də üzəri açılmışdı. Görünür, rəsmi qurumlar durumun ciddiyyətinin fərqinə vararaq, bunun seçki ərəfəsində əlavə problem yarada biləcəyini nəzərə alaraq yoxlamalara başlayıblar.

DİA.AZ-a gömrükdəki qaynaqlardan verilən xəbərdə də bu məqamı təsdiqləyirlər. Mötəbər mənbənin iddialarına görə, Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədovun işi fənadır. Xatırladaq ki, dünən onun hətta həbs edilmə ehtimallarından da yazmışdıq.

Bu barədə danışan qaynaq iddia edir ki, artıq barəsində təftiş qərarı veriləb Hikmət Məmmədova qarşı kifayət qədər ciddi dəlillər toplanlıb. Mənbə bu arada maraqlı bir faktı da açıqladı: “İlginc olanı odur ki, İran tərəfindən də Hikmət Məmmədovla bağlı faktlar Azərbaycan tərəfinə təqdim olunub. Belə ki, İranın xüsusi xidmət orqanları Astara Gİ-nin rəisinin narkotacirlərlə ortaq olduöunu sübuta yetirən dəlilləri Bakıya göndəriblər”.

Geri qayıt