Əsas Səhifə > Hadisə > BALAKƏNDƏ QƏRİBƏ OLAY

BALAKƏNDƏ QƏRİBƏ OLAY


1-05-2013, 10:14
BALAKƏNDƏ QƏRİBƏ OLAY
QAÇIRDIĞI MAŞINI ATƏŞƏ VERDİ

Balakən rayon sakini həmkəndlisinə məxsus yük maşınını yandırıb.

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən rayonu Katex kənd sakini, 1960-cı il təvəllüdlü Xınsov İbrahim Mohma oğlu RPŞ-ya müraciət edərək ona məxsus “QAZel-3302” markalı, 08 BC 360 nişan dövlət nömrəli yük maşınının mayın 1-i saat 01.40 radələrində həmkəndlisi, 1977-ci il təvəllüdlü Qalacayev İsa Uluxan oğlu tərəfindən qaçırıldığını bildirib.

Araşdırma zamanı məlum olub ki, İ. Qalacayev İ. Qınsova məxsus yük maşınını qaçıraraq, 2 saylı orta məktəbin yaxınlığında yandırıb.

Yanğın nəticəsində yük maşını tam yararsız hala düşüb. Keçirilmiş tədbir nəticəsində İ. Qalacayev Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, İ. Qalacayevin əməli hansı səbəbdən törətdiyi araşdırılır.

Geri qayıt