Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISINA QARŞI TƏFTİŞ QƏRARI VERİLƏ BİLƏR

İCRA BAŞÇISINA QARŞI TƏFTİŞ QƏRARI VERİLƏ BİLƏR


1-05-2013, 10:12
İCRA BAŞÇISINA QARŞI TƏFTİŞ QƏRARI VERİLƏ BİLƏR
MAHMUD QULİYEVLƏ BAĞLI ŞİKAYƏTLƏRİN ARXASINDA KİMLƏR DAYANIR?

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, 13 ildir Cəbrayıl rayonuna rəhbərlik edən icra başçısı Mahmud Quliyev bu illər ərzində pərən-prən düşmüş cəbrayıllılara gün ağlamaqdansa, özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olub. Bunlar bir yana, hətta Mahmud Quliyev özünün maddi imkanları ilə bir çox çevrələri susdurmağı da bacarıb ki, bu da onun illər ərzində toxunulmaz qalmasına, hətta yada belə düşməməsinə gətirib çıxarıb.

Bununla bağlı DİA.AZ-a məlumat verən bir qrup Cəlilabad rayon sakininin sözlərinə görə, əslində Mahmud Quliyevin bir kənara çəkilib rayona ayrılan vəsaiti mənimsəməsinin kimsədə günahı yoxdur: «Burada kimisə günahkar çıxarmaq olmaz. Çünki Mahmud Quliyev baxıb görüb ki, ondan haqq-hesab soruşan yoxdur. Cəbrayıl sakinləri də fağır camaatdır. Onlara dövlət tərəfindən ayrılan qanuni güzəştləri belə tələb etməyə həvəs göstərmirlər. Bu da Mahmud Quliyevin işinə yarayıb».

Məlumatı verən şəxslər bildirir ki, amma digər məcburi köçkünlər kimi Cəbrayıldan qaçqın düşənlərin də evlə təmin olunmasında baş verən biabırçılıqlar, icra hakimiyyətindən Məcburi Köçkünlər və Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə göndərilən siyahılarda da korrupsiya izinin aşkar surətdə görünməsi artıq Cəbrayıl sakinlərini çilədən çıxarıb: «Məlum olur ki, Mahmud Quliyev bu vaxta qədər evlə təminat məsələsindən külli miqdarda qazanc götürüb. İndi biz də əlimizdə olan dəlilləri hüquq-mühafizə orqanlarına vermişik. Qoy araşdırsınlar və Mahmud Quliyevdən topladığı sərvətin hesabını soruşsunlar».

Məsələ ilə əlaqədar bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt