Əsas Səhifə > Şou-biznes > "BİZDƏ SEKS-SİMVOL YOXDUR"

"BİZDƏ SEKS-SİMVOL YOXDUR"


8-12-2011, 12:01
"BİZDƏ SEKS-SİMVOL YOXDUR"

“BU, MƏNİM İSTƏYİMLƏ DEYİL. BU, YA VAR, YA YOXDUR”

Azərbaycanı "Eurovision 2008" mahnı müsabiqəsində təmsil etmiş Elnur Hüseynov pərəstişkarlarına yeni mahnılar vəd edir.

O, Day.Az saytına müsahibəsində yaradıcılıq planlarının sirr olduğunu söyləyib: "Bu, sirrdir. Tezliklə yeni mahnılar olacaq".

Seks-simvolluq iddiasında olmadığını deyən ifaçı deyib: "Bu, mənim istəyimlə deyil. Bu, ya var, ya yoxdur. Mən seks-simvolluğa iddia etmirəm. Nəyimə gərəkdir? (gülür)".

Azərbaycan şou-biznesində kimi seks-simvol sayması haqda sualı isə Elnur belə cavablandırıb:

"Mənim seks-simvol saydığım insanlar Azərbaycanda deyillər. Bunlar aktrisa Nikol Kidman və model Naomi Kempbelldir. Azərbaycanda isə şəxsən mənim üçün seks-simvol yoxdur".


Geri qayıt