Əsas Səhifə > Sosial, Manşet > SÖYÜN SADIQOVLA BAĞLI DAHA BİR ŞOK FAKT YAYILDI

SÖYÜN SADIQOVLA BAĞLI DAHA BİR ŞOK FAKT YAYILDI


30-04-2013, 11:05
SÖYÜN SADIQOVLA BAĞLI DAHA BİR ŞOK FAKT YAYILDI
RUSİYADA TATAR ƏSİLLİ ZABİTƏ EDİLƏN ETİRAFDA TÜKÜRPƏDƏN MƏQAMLAR

DİA.AZ: - «Bu gün «Milyarderlər İttifaqı»na ağzının suyunu axıda-axıda baxıb, pənah gözləyən bəzi Azərbaycan vətəndaşları əslində Rusiyanın işğalı üçün darıxanlardır, rus nökərçiliyinin həsrətini çəkənlərdir». Bu sözlər Rusiyada yaşayan və orta sahibkarlıqla məşğul olan bir qrup azərbaycanlının adından imzalanmış müraciətdə yer alıb. DİA.AZ-a daxil olan müraciətin mətnində bildirilir ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqı birbaşa olaraq rus kəşfiyyatının sifarişi ilə yaradılıb.

Müraciətdə deyilir: «Azərbaycanda yaşayanlar rus mühitini yaxşı bilməyə bilərlər. Amma Rusiyadakı azərbaycanlılar hər şeyi yaxşı bili rvə yaxşı görürlər. Burada dünənə qədər «FSB»yə güvənərək azərbaycanlı iş adamlarını polisin, «OMON»çuların, rus skinhedlərin və hətta ermənilərin hədəfinə çevirən azərbaycanlılar var. Onları biz Azərbaycan adına heç bir zaman yaraşdırmamışıq.

Onların əksəriyyəti Azərbaycana gələ də bilmirlər. Çünki ermənilərlə qohumluq əlaqələri olanlar da var. Və bu gün həmin adamlar «AzerRos»da birləşiblər. Öz ölkələrinə qarşı vuruşurlar.

Bu günlərdə onların tanınmış simalarından biri, hamınızın yaxşı tanıdığınız Söyün Sadıqovla rus «FSB»sinin yüksək rütbəli tatar əsilli bir zabiti arasında polemika yaşanıb. Həmin tatarın müsəlman dammarı oyandığından, o, bizə hər şeyi etiraf edib və Söyün Sadıqovun necə iyrənc bir adam olduğunu, ondan bütün Azərbaycanın ehtiyat etməli olduğunu söylədi.

Tatar əsilli zabit bildirdi ki, Söyün Sadıqov RATİ ilə bağlıi ona aşağıdakı söyləib: «Onlar (Ümumrusiya Azərbaycanlıları Konqresi nəzərdə tutulur -red.) Rusiyadakı azərbaycanlıları Azərbaycan dövlətinə bağlamağı planlaşdırırdılar. Amma bizim məqsədimiz sayı 3 milyonu keçən azərbaycanlıları Rusiyaya bağlamaqdır».

Bu sözləri bizə dəhşətlə danışan tatar əsilli zabit bildirdi ki, Söyün Sadıqov həmçinin RATİ-də birləşən şəxslərin də bu gün Rusiyaya sədaqətli olduğunu söyləyib.

İndi özünüz seçin, ey Bakıda oturub, RATİ-yə ümidlə baxanlar! Bu adamlar hansı Azərbaycanı qurmağı düşünür? Onlarla yola çıxmaq olarmı?»

Onu da bildirək ki, müraciət müəllifləri Bakıya gələcəklərini və Bakıda mətbuat konfransı keçirəcəklərini də bildiriblər.

Geri qayıt