Əsas Səhifə > Hadisə > BAKIDA DAHA BİR AİLƏ FACİƏSİ

BAKIDA DAHA BİR AİLƏ FACİƏSİ


30-04-2013, 10:27
BAKIDA DAHA BİR AİLƏ FACİƏSİ
ARVADINI VƏ QAYNANASINI VƏHŞİCƏSİNƏ DÖYDÜ

Ötən gün saat 17-18 radələrində Bakının Binəqədi rayonu ərazisində 30 yaşlı kişi arvadını və qaynanasını vəhşicəsinə döyüb. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 30 yaşlı Məhəmməd Vəli oğlu Bayramov həyat yoldaşı 25 yaşlı Səfurə Cəlal qızı Bayramovanı və qaynanası 60 yaşlı Mahirə Cavanşir qızı Babayevanı möhkəm döyüb. Nəticədə hər iki qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbinə gəlincə, Məhəmməd Bayramov işdən evə gəlib. Bu zaman evdə uşaqlar dəcəllik edirmiş. Kişi əsəbləşərək uşaqları döyməyə başlayıb. Bu zaman qadın onun qarşısını almaq istəyib. Buna əsəbləşən M.Bayramov qadını yerə yıxaraq təpikləyib. Daha sonra işə qarışan qaynanaya hücum edib.

Faktla bağlı araşdırma başlanıb.

Geri qayıt