Əsas Səhifə > Hadisə > XIRDALANDA SƏRNİŞİN AVTOBUSU YANDI

XIRDALANDA SƏRNİŞİN AVTOBUSU YANDI


30-04-2013, 09:30
XIRDALANDA SƏRNİŞİN AVTOBUSU YANDI
SƏRNİŞİNLƏR DƏRHAL XİLAS EDİLİB

Bu gün saat 08:30 radələrində Xırdalan şəhərinin girişində yerləşən dairədə 135 saylı marşrutla hərəkət edən sərnişin avtobusu yanıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 10 TE 775 dövlət nömrə nişanlı avtobusda alovlanma qeydə alınan kimi sərnişinlər dərhal düşürülüb, hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları, həmçinin təcili tibbi yardım gəlib.

Qısa vaxt ərzində yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, yanğına səbəb avtonəqliyyat vasitəsinin təkərlərinin alovlanması olub və sonradan alov avtobusun salonuna keçib.

Geri qayıt