Əsas Səhifə > Şou-biznes > TÜNZALƏ AĞAYEVA ARDA TURANI FEYZİYAB EDİB

TÜNZALƏ AĞAYEVA ARDA TURANI FEYZİYAB EDİB


30-04-2013, 09:00
TÜNZALƏ AĞAYEVA ARDA TURANI FEYZİYAB EDİB
FUTBOLÇULAR ONU AYAQ ÜSTƏ ALQIŞLAYIBLAR

Bakıda səfərdə olan “Atletiko” klubunun üzvlərinin şərəfinə ziyafət verilib.
Axşam.az-ın məlumatına görə, tədbirdə xalq artisti Alim Qasımov, qızı Fərqanə Qasımova, əməkdar artist Tünzalə Ağayeva, Ədalət Şükürov, “Eurovision” qaliblərimiz Eldar və Nigar, "Natiq" ritm qrupu iştirak edib.
Tədbirin ən maraqlı anlarından biri Tünzalə Ağayevanın ifası zamanı baş verib.
Əməkdar artistin çıxışı Madrid təmsilçisinin üzvlərinin elə xoşuna gəlib ki, onlar ayaqüstə qalxaraq əl çalmağa, gurutulu alqışlarla Tünzalə Ağayevanı dəstəkləməyə başlayıblar.
“Atletiko”nun türkiyəli ulduzu Arda Turan müğənninin çıxışından xüsusilə feyziyab olub.

Geri qayıt