Əsas Səhifə > Ölkə > “KÜR” QƏRARGAHI SABAH HESABAT VERİR
“KÜR” QƏRARGAHI SABAH HESABAT VERİR7-12-2011, 17:10 |
FHN-NİN İŞİNİ QHT GÖRÜR, HESABATI DA QHT VERİR 2010- cu ilin yazında baş verən Kür Araz daşqınlarının ilk günündən fəlakət bölgəsində monitorinq və araşdırmalar aparan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı növbəti hesabatını hazırlayıb. Hesabat “Kür Araz daşqınlarının mülkiyyət hüquqlarına təsiri” mövzusundadır. Hesabatda daşqınların vətəndaşların mülkiyyət hüquqlarına vurduğu ziyandan bəhs olunur. Sənəddə fəlakətlə bağlı imzalanmış sərəncamlar, qəbul olunmuş qərarlar, eləcə də daşqın bölgəsində görülmüş işlər və mövcud problemlər araşdırılıb. Daşqınların nə qədər insana, onların hansı növ mülkiyyət hüquqlarına vurduğu ziyanla yanaşı hesabatda fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ayrılan vəsaitlərin xərclənməsində səmərəlilik faktoru, vətəndaşlara kompensasiyaların verilməsi, evlərin tikilməsi, yeni qəsəbələrin salınması zamanı onların pozulmuş hüquqları, eləcə də mülkiyyət hüquqlarının müdafiəsinə dair son zamanlar keçirilən məhkəmə prosesləri və s. məsələlər araşdırılıb. Sənəddə fəlakətin vətəndaşların mülkiyyət hüquqlarına vurduğu ziyan və bu ziyanın aradan qaldırılması istiqamətində hökümətə ünvanlanan tövsiyyələr irəli sürülüb. Hesabatın 08 dekabr saat 13 00- da Azərbaycan Media Mərkəzində ictimaiyyətə təqdimatı keçiriləcək. Təqdimatda beynəlxalq təşkilatların, hökümət və Qeyri- Hökümət Təşkilatlarının nümayəndələri, fəlakətin təsirinə məruz qalmış, mülkiyyət hüquqları pozulmuş vətəndaşlar, KİV təmsilçiləri və s. iştirak edəcək. “Kür” Qərargahı tərəfindən hesabatın ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatlara da təqdim ediləcəyi nəzərdə tutulur. Geri qayıt |